...

Lord Devid Evans: Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır

Siyasət Materials 12 Aprel 2019 14:28 (UTC +04:00)
Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır.
Lord Devid Evans: Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu "Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü Devid Evans Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır.

D.Evansın sözlərinə görə, Azərbaycan-Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələrə, sabit, etibarlı tərəfdaşlığa və investisiyalara əsaslanır:

“Azərbaycanda 500 Böyük Britaniya şirkəti fəaliyyət göstərir. SOCAR ilə BP arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın zəngin enerji resurslarını dünyaya açdı və iqtisadiyyatın inkişafına mühüm töhfə verdi”.

Lord bildirib ki, Azərbaycan-Böyük Britaniya dostluğu hər iki tərəf üçün faydalıdır: "İki ölkə arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti