...

Aİ və Azərbaycan arasında yeni saziş çərçivəsində danışıqlar davam etdirilir

Siyasət Materials 24 Aprel 2019 17:17 (UTC +04:00)
Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində danışıqlar aparılır.
Aİ və Azərbaycan arasında yeni saziş çərçivəsində danışıqlar davam etdirilir

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq barədə yeni saziş çərçivəsində danışıqlar aparılır.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Məlumata əsasən, müzakirələr Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilir.

Yeni saziş bərabərlik, suverenlik və qarşılıqlı etimad prinsipləri ilə ticarət, siyasi və sosial-iqtisadi sahələrdə daha sıx əməkdaşlığı nəzərdə tutur. Bununla belə, yeni sənəd heç bir halda azad ticarət haqqında saziş hesab olunmur və Aİ ilə siyasi assosiasiya məsuliyyəti yaratmır. Sazişin mətni üzrə danışıqlar davam etdirilir.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Aİ Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə Aİ üzv ölkələri adından danışıqlar aparmağa mandat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti