...

Vüqar Bayramov: Vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi bu il prioritet olaraq qalacaq (VİDEO)

Siyasət Materials 5 May 2019 21:00 (UTC +04:00)
Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Vüqar Bayramov: Vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi bu il prioritet olaraq qalacaq (VİDEO)

Bakı. Samir Əli – Trend:

Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətin ən başlıca məqsədi insanların sosial rifah halının yaxşılaşdırılmasıdır. İqtisadiyyatda artım var. Vergi və gömrük sahəsində reallaşan islahatlar büdcə gəlirlərinin artmasına səbəb olub. Bu vəsait isə ilk növbədə soisial sahəyə yönəldilir.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Prezident İlham Əliyevin sosial paketi nəticəsində minimum əmək haqqı, pensiyalar, məcburi köçkünlərə verilən müavinətlər, tələbə təqaüdləri və digər sosial müavinətlər artırılıb. Həyata keçirilən islahatlar insanların sosial təminatının gücləndirilməsi baxımından vacib olduğu üçün vətəndaşlar da bu istiqamətdə həyata keçirilən istənilən addımı dəstəkləyirlər:

"Həmin artımlar vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından vacibdir. İslahatlar və sosial artımlar yekunlaşmır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, növbəti aylarda da bu istiqamətlərdə yeni tədbirlər həyata keçiriləcək. Bu baxımdan vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi 2019-cu ilin növbəti aylarında da prioritet olaraq qalacaq və nəticədə fərqli sosial qruplar cari ilin növbəti aylarında da artım paketindən daha çox faydalanmaq imkanı qazanacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti