...

Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır

Siyasət Materials 21 İyun 2019 12:04 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycanda dini sabitlik hökm sürür.
Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycanda dini sabitlik hökm sürür.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

Onun sözlərinə görə, komitə Azərbaycanda olan bütün dini konfessiyaların fəaliyyətini əlaqələndirməklə ölkədə azad şəkildə çalışdığını dünyaya bəyan edir.

S.Salahlı vurğulayıb ki, Azərbaycan çoxkonfensiyalı ölkədir. Ölkədə həm xristian, həm iudaizm, həm islam, həm də digər dinlərin qolları fəaliyyət göstərir.

Sədrin birinci müavini qeyd edib ki, Azərbaycan tolerantlığı, multikulturalizm siyasətini yüksək səviyyədə həyata keçirir və bu sahədə ən qabaqcıl ölkələrdən biridir:

"Dünyanın heç bir ölkəsində bir kilometrdən az radiusda hər üç dini icmanın nümayəndələrinin yanaşı yaşaması faktı qeydə alınmayıb. Biz dövlət olaraq bu dinlərin inkişafına kömək edirik, müəyyən istiqamətdə onlara yardım da göstəririk. Azərbaycan dövləti hər il onlar üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Burada yəhudi sinaqoqları, xristian məbədləri tikilib və istifadəyə verilib. Digər ölkələrdə hər hansı bir dini icma öz məbədini inşa etmək istəyəndə dövlət onlara deyir ki, öz vətəndaşlarınızdan ianə toplayaraq həmin vəsaitlə məbəd tikin. Azərbaycanda isə dövlət həmin insanlara məbədlərin tikiliməsi üçün yardım göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti