...

Əli Əhmədov: Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir

Siyasət Materials 2 İyul 2019 15:27 (UTC +04:00)
Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir.
Əli Əhmədov: Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.

Ə.Əhmədov bildirib ki, digər sahələrdə əldə edilən nəticələr dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılır:

“Bu gün iqtisadi, sosial inkişaf dərəcələri DİM-lərdən irəli gələn vəzifələrə uyğunlaşdırılıb. Biz növbəti illərdə də naliyyətləri bu vəzifələrə uyğunlaşdıracağıq”.

Baş nazirin müavini bildirib ki, bu gün bəşəriyyət kövrək dövrünü yaşamaqdadır. O qeyd edib ki, bir tərəfdə iqtisadi inkişaf, texnoloji tərəqqi, ziyalılar, zənginlər, digər tərəfdə isə çətin vəziyyətdə yaşayan insanlar var: “Dünyadakı mövcud vəziyyətin dəyişdirilməsi ilə bağlı BMT layihə həyata keçirir. Məqsəd ondan ibarətdir ki, dünya fəlakətlərdən xilas edilsin".

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan bu istiqamətdə sosial fəaliyyəti layiqincə həyata keçirir: "Ölkə iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bu il əməkhaqqının artırılması ilə bağlı iki sərəncam imzalanıb. Bu, vətəndaşların sosial rifah halının yaxşılaşmasına xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti