Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Bakı. Trend:

Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır.

Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə bağlı Trend-ə açıqlamasında deyib.

Açıqlamada deyilir: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Keçən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları senarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb.

Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər.

Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır.

Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belədirsə, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?

... İyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.

Yerli və xarici mediada dərc olunmuş materiallarda, Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orda yaşayan anti-milli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələr də cinayətkarı müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər.

Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqqında yazı dərc edərək baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.

Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb.

Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar.

Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".

İraq-Küveyt sərhədi yaxınlığında partlayış baş verib
İraq-Küveyt sərhədi yaxınlığında partlayış baş verib
Livan prezidenti hökumətin istefasını qəbul edib
Livan prezidenti hökumətin istefasını qəbul edib
ABŞ-da güclü partlayış olub
ABŞ-da güclü partlayış olub
Loading Bars
Xəbər lenti
İraq-Küveyt sərhədi yaxınlığında partlayış baş verib
Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub
23-24 iyul tarixlərində keçirilən imtahanların nəticələri elan olunub
Livan prezidenti hökumətin istefasını qəbul edib
Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir
Qeyri-çimərlik ərazidə 1 nəfər batıb
ABŞ-da güclü partlayış olub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Maliyyə naziri Samir Şərifov “Hədəf”in suallarını cavablandırıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb
Ağdam rayonunda ev yanıb
Livanın baş naziri hökumətin istefasını elan edib
ABŞ və Portuqaliyanın botanika bağlarından alınan ekzotik bitkilər Abşeronda əkilə bilər - YENİ TƏDQİQAT
Operativ Qərargah koronavirus testlərinin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir - Musa Quliyev
“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb (VİDEO)
Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN
Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ
Livan hökuməti tam tərkibdə istefa verib
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi
Mütəxəssis: İnsanlarla dolu çimərliklər COVİD-19-la bağlı ən riskli ərazilər hesab edilə bilər
İctimai işlər növündə inzibati tənbeh alan şəxslərin qarşısına yeni vəzifələr qoyuldu
“iPhone”ların satışı 30 faiz azala bilər
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər - QANUNA DƏYİŞİKLİK
Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir (FOTO)
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı (FOTO)
Tovuzdan başlayan təxribat bu gün də davam edir?!
Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb
“Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı konfrans keçirilib
AQTA 51 obyektdə kobud qayda pozuntuları aşkarlayıb
Polis Şabranda reyd keçirib (FOTO)
Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib
Biləsuvarda minik avtomobili yanıb
Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar (FOTO)
Nazirlik: Monitorinq aparılmış 1296 obyektin 132-də sanitar-epidemioloji tələblər pozulub
Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib (FOTO)
Antonio Banderas koronavirusa yoluxub
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - RƏSMİ AÇIQLAMA (FOTO)
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
Avqustun 11-də dolların manata qarşı məzənnəsi
AQTA qida sahəsində fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
Parisdə açıq havada maska taxmaq məcburi oldu
Novxanıda batan şəxsin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (VİDEO)
Ağacları zədələyən şəxs cəzalanıb
Azərbaycanda 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər (FOTO/VİDEO)
Ağdamda ev əşyaları ilə birgə yanıb
24 cinayətin üstü “isti izlər”lə açılıb
Paytaxtın elit otelləri COVİD-19 xəstələrini müalicə edən həkimlərin xidmətindədir
ÜST yeni növ koronavirusu mövsümi xəstəlik hesab etmir
DOST Agentliyinin əməkdaşları təşəkkürnamələr ilə təltif edildi (FOTO)
Prezident İlham Əliyev: Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı
Prezident İlham Əliyev: Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik
Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir
Prezident İlham Əliyev: Bütün layihələr uğurla icra edilir
Prezident İlham Əliyev “Qarabağ” neft yatağı haqqında: 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır
Azərbaycan Prezidenti “Qarabağ” yatağının dayaq bloku haqqında: Bu qurğu bir daha bizim qüdrətimizi göstərir
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır
Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək
"Gazelli Group şirkəti #GazelliYardım proqramı çərçivəsində aztəminatlı ailələrə göstərdiyi yardımı davam etdirir (VİDEO)
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasında rəqibləri bəlli oldu
DANX-a yeni rəis müavini təyin edildi
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış olub - Yaralılar var (VİDEO)
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi (FOTO)
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib
Azad Rəhimov: İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin (FOTO)
MMC direktorunun qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib
Qeyri-ərzaq mağazalarında fəaliyyət bərpa olunub (FOTO)
Prezident İlham Əliyev: Bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
Rusiya məhkəməsi "Google" şirkətini cərimələyib
Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını Trend-ə şərh edib
Dr. Sevinc Gülmalıyeva: “Sevinirik ki, laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında və onların sağalmasında bizim də payımız var”
Livanlı tarixçi: Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu təlimlər keçirəcək
İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb
244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Mütəxəssis: İqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizmi yaradılmalıdır
Kürdə batan Yevlax sakininin meyiti tapılıb
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB 2)
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO)
İlahiyyat İnstitutu abituriyentlər müraciət edib
Bakıda 32, rayonlarda 35 dərəcəyədək isti olacaq
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib
Qubada dağlıq ərazidə yanğın olub (FOTO)
Qubada evi tərk edən koronavirus xəstəsi aşkarlanıb (FOTO)
İsraildə keçirilən aksiyadan: Azərbaycan torpaqlarının azad edilməsinə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq (FOTO)
Özünüməşğulluq proqramına cəlb olunan şəxslər təlim mərhələsi keçmədən aktivlərlə təmin olunacaq
"Qarabağ" - "Sileks" matçının vaxtı açıqlandı
Qəbələyə istirahətə gələnlər cərimələnib (VİDEO)
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
“Zenit” futbol klubunun iki oyunçusu koronavirusa yoluxub
Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Bütün xəbərlər