...

Azərbaycan XİN Misir hökumətinə başsağlığı verib

Siyasət Materials 5 Avqust 2019 23:48 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Qahirədə törədilən terror aktı ilə bağlı Misirin hökümətinə başsağlığı verib
Azərbaycan XİN Misir hökumətinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Qahirədə törədilən terror aktı ilə bağlı Misirin hökümətinə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə XİN "Twitter" səhifəsində qeyd edib.

"Qahirədə avtomobildə bombanın partlaması nəticəsində ölənlərin ailələrinə dərin baş sağlığı diləyir, terror aktı nəticəsində yaralananlara isə tezliklə sağalmağı arzu edirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti