Vəkillər Kollegiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri tədbirlər görülür

Vəkillər Kollegiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün bütün zəruri tədbirlər görülür

Bakı. İlhamə İsabalayeva - Trend:

Məlum olduğu kimi, 2014-cü ildə həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma, marionet rejim olan "Dağlıq Qarabağ respublikasının xüsusi xidmət orqanları" (əslində isə Dağlıq Qarabağa nəzarət edən işğalçı Ermənistan) tərəfindən əsir götürülüb. Bu hadisə ölkədə böyük ictimai rezonansa səbəb olmuşdu. Bu məsələdə narahatlıq doğuran məqam isə həmyerlilərimizin qondarma Dağlıq Qarabağda qurulan "oyuncaq məhkəmə"yə cəlb edilmələri oldu. Belə ki, bu "məhkəmə"nin 2014-cü il 29 dekabr tarixli "qərarı" ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundular.

Vəkillər Kollegiyasından Trend-ə bildiriblər ki, hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı proses ölkə rəhbərliyinin və ictimaiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bütün zəruri tədbirlər görülür. Bu istiqamətdə atılan ən vacib addımlardan biri isə həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət olunması idi.

Avropa Məhkəməsinə müraciətlə bağlı bu işdə zərərçəkmişlərin (əsirlikdə olan şəxslərin həyət yoldaşlarının) nümayəndəsi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edir. Bununla bağlı, ötən dövr ərzində şikayət ərizəsi hazırlanıb və 2015-ci il mayın 15-də Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Həmin il iyunun 10-da Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb. Ərizənin təmin olunması üçün kifayət qədər hüquqi əsaslar var. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının bir sıra maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulub və buna görə məsuliyyəti Ermənistan dövləti bilavasitə daşıyır.

Adətən Avropa Məhkəməsinə müraciət olunan zaman oraya göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir. Bunun qarşısını almaq üçün, habelə əsirlərin sağlamlıq vəziyyətini nəzərə alaraq Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması və həmvətənlərimizin Azərbaycana və ya başqa bir üçüncü ölkəyə təhvil verilməsi məsələlərinin zəruriliyi ərizədə xüsusi qeyd olunub. Lakin təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu xahişlərimizə mənfi cavab verilib və işə adi qaydada baxılacağı bildirilib.

Daha sonradan 2015-ci il sentyabrın 29-da əsirlərin sağlamlıq vəziyyətinin pisləşməsi barədə Ermənistan mətbuatında gedən xəbərlərə istinadən, habelə 16 iyun 2015-ci il tarixdə AHİM-in Çıraqov və digərləri Ermənistana qarşı qərarında Dağlıq Qarabağ torpaqları üzərində effektiv nəzarət imkanının yalnız Ermənistanda olması məsələsinin qət olunması məktubla Avropa İnsan Hüquqları Məhkəməsinin diqqətinə çatdırılıb. Əslində bu dəlillər Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması üçün əsas rolunu oynamaqda idi.

Bundan başqa, ötən dövr ərzində də Avropa İnsan Hüquqları Məhkəməsinə əsirlərin sağlamlıq vəziyyəti, onlara tətbiq edilən işgəncə və qeyri-insani rəftar nəzərə alınaraq onların işinə daha sürətli şəkildə baxılıb qərar verilməsi barədə çoxsaylı müraciətlər edilib.

Məlumat üçün qeyd olunmalıdır ki, hazırda iş Avropa Məhkəməsi kommunikasiya mərhələsindədir. Gözlənilən odur ki, bu ilin sonunadək bu kommunikasiya yekunlaşdırılacaq və qısa vaxt ərzində işə baxılacaq.

Bundan başqa, əsirlərin sağlamlıq vəziyyətinin öyrənilməsi barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ilə də əlaqələr saxlanılır. Həkimlərin dediyinə görə, əsirlərin sağlamlıq durumları qənaətbəxşdir. Lakin bu fikrin səsləndirilməsinə baxmayaraq, məlum olan odur ki, hazırda sağlamlıq vəziyyəti o qədər də yaxşı olmayan Dilqəm Əsgərovun ailə üzvlərinə məktub yazmaqdan imtina etdiyi bildirilir. Bu hal əslində onun sağlamlıq durumunun lazımi səviyyədə olamaması barədə ehtimalları artırır.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən əsirlərin yaxın qohumları ilə mütəmadi görüşlər keçirilir və Avropa Məhkəməsində işin vəziyyəti barədə məlumatlar verilir. Belə ki, bu günlərdə Anar Bağırov həmyerlimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb. Görüşdə Anar Bağırov 4 ildən çox keçməsinə, Dilqəm Əsgərovun sağlamlıq vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Avropa Məhkəməsinin hələ də işə baxmaması halına təəssüfləndiyini bildirib. Eyni zamanda, qeyd edilib ki, özlərini insan hüquqlarının müdafiəçisi olaraq göstərən heç bir beynəlxalq təşkilat və ya səfirlik bu günə kimi keçirilmiş görüşlərin birində belə Dilqəm və Şahbazın məsələsinə toxunmayıblar və bu mövzunun üzərindən sükutla keçiblər. Bu, özlüyündə həmin təşkilatların fəaliyyətində ikili standartların mövcudluğundan əyani xəbər verir.

Görüşdə müzakirə olunan və maraq kəsb edən məsələlərdən biri də Dilqəm Əsgərovun ailə üzvlərinin onu ziyarət etməsi məsələsi olub. Bununla bağlı qeyd olunub ki, Ermənistan dövləti tərəfindən ziyarət edəcək şəxslərin təhlükəsizliyinə real zəmanət olmadığı üçün belə bir səfərin baş tutması qeyri-mümkündür.

Bundan başqa, görüşdə Azərbaycan vəkilliyinin bu kimi milli və həyati əhəmiyyət kəsb edən məsələlərdə xalqımızın hər bir nümayəndəsinə hər zaman hərtərəfli dəstək verməyə hazır olduğu bildirilib.

Eyni zamanda, görüşdə Avropa Məhkəməsində baxılmaqda olan bu məsələnin həssaslığı nəzərə alınaraq yerli KİV-in bu işlə bağlı məlumatları işılqandırarkən sayıqlıq nümayiş etdirmələrinin zəruriliyi vurğulanıb.

Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir
Azərbaycanda hotellər bağlanır? - AÇIQLAMA
Azərbaycanda hotellər bağlanır? - AÇIQLAMA
Loading Bars
Xəbər lenti
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edildi
“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə edilən dəyişikliklər təsdiqləndi
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
Məşhurlardan vətəndaşlara növbəti çağırış (VİDEO)
Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi
Martın 31-də dolların manata qarşı məzənnəsi
Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı
İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar cəzalandırılmalıdır
Bakı metrosunda daha bir nəzarət mexanizmi tətbiq edilib (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Xətaidə evdən kişi meyiti tapılıb
BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
Yer kürəsinə Atlas kometi yaxınlaşır
Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı
“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib (FOTO)
UNEC-də növbəti yenilik
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi (VİDEO)
AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır (VİDEO)
Hava daşımaları ilə bağlı qərara dəyişiklik edildi
Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir (FOTOVİDEO)
Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub (FOTO)
Səhiyyə Nazirliyindən spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Şimali Amerikada neft emalı zavodları bağlanır
Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i pisləyib
Ermənistanın daha bir hərbçisi koronavirusa yoluxdu
Gəncədə ahıl vətəndaşlara yardım paylanılıb (FOTO/VİDEO)
İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi
Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək
AMEA-nın əməkdaşları məzuniyyətə göndərildi
Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı
"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib
İranda daha 3 186 nəfər koronavirusa yoluxub
İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb
Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir (FOTO)
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
Azərbaycanda yeni medal təsis edilir
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi
Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu
Avstraliya hökuməti işini itirən vətəndaşlara təzminat ödəyəcək
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu (FOTO)
Sabah Bakıda 19 dərəcə isti olacaq
Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi
Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
Azərbaycan Formula 1-in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb
Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək
Ramin Məmmədov: Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu
SOCAR: Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb
65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək
Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır
Teledərslərin sabahkı cədvəli açıqlanıb
DİM vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Yelo Bank kapitalını 30 milyon manat atrırır
Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi
Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı
Bakı Slavyan Universitetində online dərslər davam etdirilir
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək
Yaponiya sərhədləri bağlayır
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib (FOTO/VİDEO)
Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir – TƏKLİF
Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı
Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov
Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi
Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir (ƏLAVƏ OLUNUB)
Lənkəranda ağac kəsən şəxs cəzalanıb
Tacikistanda oxumaq istəyənlər üçün proqram elan edildi
ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib
Bakıda karantin qaydalarını pozan 428 nəfər cəzalandırılıb
Bank Respublika Prezidentin təşəbbüsünü dəstəklədi
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib
Şəkidə karantin rejimini pozan kafe aşkarlanıb (FOTO)
"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq
Qubada evdən seyf oğurlayan şəxslər saxlanılıb (FOTO)
UNİCEF: İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaqdır
Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi
Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir
Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu
Bakıda liftdə qalan şəxs xilas edilib
Çində sərnişin qatarı relsdən çıxaraq aşdı
Bu dəfə parlamentdə keyfiyyətcə daha güclü qadınlar yer alıb - Dövlət Komitəsi
Martın 30-da xarici valyutaların manata qarşı məzənnələri
Sutka ərzində atəşkəs rejimi 24 dəfə pozulub
Samux polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Gəncədə karantin rejimini pozan gənclərin valideynlərinə xəbərdarlıq edilib
Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 91-ə çatıb
Bu gün Milli Məclisdə 16 məsələyə baxılacaq
Kanadada 800-dən çox koronavirusa yoluxma halı aşkar edilib
Moskvada bütün sakinlər üçün evdə özünütəcrid rejimi tətbiq olununb
Bütün xəbərlər