...

Türkiyənin XİN rəhbəri: Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir

Siyasət Materials 14 Oktyabr 2019 21:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar" Beynəlxalq Media Konfransında çıxışı zaman deyib.

Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: "Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti