...

YAP Xəzər rayon təşkilatının “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 16 Oktyabr 2019 16:18 (UTC +04:00)
YAP Xəzər rayon təşkilatının “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
YAP Xəzər rayon təşkilatının “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

YAP Xəzər rayon təşkilatının “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatının sədri Ənvər Həzərxanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev və partiya üzvləri iştirak ediblər.

Görüşdə çıxış edən “Milli Aviasiya Akademiyası” ilk partiya təşkilatının sədri Ənvər Həzərxanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev və partiya üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə Görüşündə Ermənistanın iç üzünü ifşa edən çıxışının böyük əhəmiyyət daşıdığını bildirdilər. İlk partiya təşkilatının sədri Ənvər Həzərxanov öz çıxışında partiya təşkilatının yaranmasından və fəaliyyətindən danışdı. Daha sonra ilk partiya təşkilatının sədri Ənvər Həzərxanov deyib ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışının Qarabağ məsələsində Azərbaycanın qəti mövqeyini bir daha bütün dünyaya nümayiş etdirdi. Millət vəkili Rauf Əliyev qeyd etdi ki, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı Azərbaycan xalqının milli ruhunu və iradəsini daha da yüksəltdi. Prezidentin “Qarabağ Azərbaycandır” mesajı Ermənistana, bütün dünyaya ünvanlanıb.

Millət vəkili bildirdi ki, Prezidentin Aşqabaddakı çıxışında Ermənistan hökuməti və dövlətinin apardığı təhlükəli faşizm ideyalarını dəsdəkləyən siyasəti ifşa edilmişdir.

Daha sonra Rauf Əlyev qeyd etdi ki, Prezident İlham Əliyevin apardığı düşünülmüş, qətiyyətli siyasəti nəticəsində Azərbaycan artıq diplomatik cəbhədə Ermənistanı, onun rəhbərliyini çıxılmaz vəziyyətdə qoyub. Həyata keçirilən belə siyasət torpaqlarımızın işğaldan azad olunacaq günü daha da yaxınlaşdırır.

Tədbirin sonunda fəal partiya üzvlərinə fəxri fərmanlar təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti