...

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

Siyasət Materials 21 Oktyabr 2019 17:20 (UTC +04:00)
Sofiya şəhərində “Bakı” küçəsində yerləşən parkda ağac əkmə mərasimi təşkil olunub.
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Sofiyada ağacəkmə kampaniyası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının diplomatik xidməti orqanlarının 100 və Bolqarıstan Respublikası diplomatik xidmətinin 140 illik yubileyləri ilə əlaqədar Sofiya şəhərində “Bakı” küçəsində yerləşən parkda ağac əkmə mərasimi təşkil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ağacəkmə mərasimi, səfirlik, Bolqarıstan Respublikası (BR) Xarici İşlər Nazirliyi (XİN) və Sofiya şəhəri merinin ofisi ilə birgə təşkil edilmişdir. Mərasimdə 3 çinar ağacı əkilmişdir. Tədbirdə səfir Nərgiz Qurbanova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, Sofiya şəhəri merinin müavini Yoana Xristova, BR XİN-in nümayəndəsi, “Bakı” küçəsinin yerləşdiyi “Studentski” rayonu merinin ofisindən nümayəndələr və Səfirlik əməkdaşları iştirak etmişdir.

Tədbirdə çıxış edən səfir N.Qurbanova cari ilin həm Azərbaycan, həm də Bolqarıstan diplomatiyası üçün əlamətdar olduğunu, müvafiq olaraq 100 və 140 illik yubileylərinin qeyd olunduğunu bildirmişdir. 100 illik tarixə malik olan diplomatiyamızın ötən dövr ərzində böyük uğurlara imza atdığını, bu gün xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin ölkəmizi layiqincə təmsil etdiyini söyləmişdir. Azərbaycan və Bolqarıstan arasındakı əlaqələrə toxunan səfir hal-hazırda iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər olduğunu diqqətə çatdırmışdır.

Akademik İ.Həbibbəyli çinar ağacının uzun ömürlülük rəmzi olduğunu və bu baxımdan ölkələrimiz arasında münasibətlərin də uzun ömürlü olmasını arzu etmiş və bu əlaqələrin davamlı və uzun ömürlü olacağına əminliyini ifadə etmişdir. O əlavə etmişdir ki, ölkələrimizin maraqları üst-üstə düşür və həm Azərbaycan, həm də Bolqarıstan hökumətlərinin apardığı siyasət ölkələrimizin inkişafı və möhkəmləndirilməsinə yönəlmişdir.

Sofiya şəhəri merinin müavini Y.Xristova bu əlamətdar yubiley münasibətilə səfir N.Qurbanovanın timsalında Azərbaycan diplomatlarını təbrik etmiş və gələcək diplomatik fəaliyyətdə yeni nailiyyətlər arzu etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti