...

Azərbaycan Prezidenti: Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq

Siyasət Materials 23 Oktyabr 2019 19:25 (UTC +04:00)
Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq.
Azərbaycan Prezidenti: Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq

Bakı. Trend:

Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib: "İndiki dövrü mən şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oynayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq və burada əlbəttə ki, aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Əminəm ki, İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə yetirəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti