...

Azərbaycanla Əfqanıstan arasında nəqliyyat layihələri müzakirə olunub

Siyasət Materials 23 Oktyabr 2019 20:08 (UTC +04:00)
Elmar Məmmədyarov Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşüb.
Azərbaycanla Əfqanıstan arasında nəqliyyat layihələri müzakirə olunub

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Əfqanıstan rəsmisi ölkəsində cərəyan edən son proseslər haqqında məlumat verib. Bu xüsusda, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsaslarda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tərəflər regionda həyata keçirilən Lapis-Lazuli və TAPİ kimi irimiqyaslı nəqliyyat və enerji dəhlizləri layihələrinə toxunaraq, sözügedən təşəbbüslərin regional əməkdaşlığa xidmət etdiyini vurğulayıblar.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti