...

Sergey Lebedev: Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir (YENİLƏNİB)

Siyasət Materials 30 Oktyabr 2019 11:48 (UTC +04:00)
MDB-yə üzv ölkələrdə bizim ümumi və milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlar arasında əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir.
Sergey Lebedev: Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

MDB-yə üzv ölkələrdə bizim ümumi, həmçinin milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlarla əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir.

Trend-in məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri – İcraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirlərinin Şurasının 77-ci iclasında çıxışı zamanı bildirib.

Sədr qeyd edib ki, inteqrasiyanın bu sahəsi iştirakçı ölkələrin, həmçinin MDB-nin özünün sabitliyinin qorunması üçün önəmli faktorlardan biri olaraq qalır: "Çox təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır. Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı bizə məlum olan ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir. Kosmik məkanda silah yerləşdirmək cəhdləri də davam etdirilir. Bizim birliyin Qərb sərhədlərində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi, aktivliyini artırması xüsusi narahatlıq doğurur".

S.Lebedev vurğulayıb ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib.

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurasının praktik fəaliyyəti davamlı olaraq çoxsahəli hərbi əməkdaşlığın inkişafına töhfə verir:

"Müdafiə nazirlərinin hər bir görüşü MDB ölkələrinin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. Buna nümunə olaraq bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin olmasıdır”.

İcraiyyə Komitəsinin sədri vurğulayıb ki, gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti