Bəhruz Quliyev: YAP Heydər Əliyevin nəhəng nüfuzu və ideyası ətrafında yarandı

Bəhruz Quliyev: YAP Heydər Əliyevin nəhəng nüfuzu və ideyası ətrafında yarandı

Bakı. Samir Əli - Trend:

Yeni Azərbaycan Partiyasının yaranması ölkədə xaos, anarxiyanın tüğyan etdiyi zamanlara təsadüf edir.

Bunu Trend-ə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 27-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən deyib. O bildirib ki, məhz ölkənin məhv olmaq təhlükəsi ilə üz-üzə qalması, xalqın səfalət və qorxu içində yaşaması yeni bir siyasi qüvvənin meydana gəlməsi zərurətini ortaya qoymuşdu:

"YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərinin təhlilini apararsaq, ilk öncə belə bir nəticəyə gələ bilərik ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında - xalqın tələb və sifarişləri kontekstində yaranmış partiyadır və ötən 27 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. Biri var partiya yaranır və özünə lider seçir, biri də var ki, liderin nəhəng nüfuzu və ideyası ətrafında partiya yaranır və bütöv bir xalqın etibarına, etimadına söykənərək, ölkəsini xaos və anarxiyadan xilas edir. Bax, bu mühüm nüans Yeni Azərbaycan Partiyasının digər siyasi təşkilatlar üzərindəki üstünlüyü faktını ortaya qoyur. Çünki xalq öz liderini hakimiyyətdə görmək istədi və liderin hakimiyyətə gəlişi ilə YAP iqtidar partiyasına çevrildi. Beləliklə, bu fikirləri daha dərindən izah etsək, əminliklə deyə bilərik ki, istənilən siyasi təşkilat yaradılarkən həmin təşkilatın lideri xalqa təqdim edilir, amma Yeni Azərbaycan Partiyasını və onun ideoloji prinsiplərini məhz Ulu Öndərimiz xalqa təqdim etdi. Çünki Heydər Əliyevin hər hansı bir təqdimata ehtiyacı yox idi. Onun nəhəng nüfuzunu bütün dünyanın siyasi çevrələri tanıyır və qəbul edirdi”.

Siyasi ekspert deyib ki, təməli xalqın iradəsi və tükənməz dəstəyi ilə qoyulan YAP bu gün də həmin vəhdət əsasında fəaliyyətini davam etdirməkdə, yeni-yeni uğur və qələbələr əldə etməkdədir: “Ona görə də Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev demək olar ki, partiyamızın fəaliyyəti ilə bağlı çıxışlarının hər birində vurğulayırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.

“Həmin fikrin davamı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir” - deyə, qeyd edən baş redaktora görə, partiyanın keçdiyi 27 illik yol xalqın ona olan rəğbətinin bariz təzahürüdür: “Çünki partiyamızın Sədri cənab İlham Əliyevin siyasi fəaliyyəti bilavasitə Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş əbədi prinsiplərə söykənir. Bu gün cənab İlham Əliyevin həm lider kimi, həm Prezident kimi xalqa söykənməsi, arxalanması əbədi müstəqilliyimizi təmin edir. Bu, bilavasitə xalq-iqtidar, yaxud, xalq-Prezident birliyinin, sarsılmaz vəhdətinin bariz təcəssümüdür. Son 16 ildə partiyanın parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğur və qələbələri və s. zəfərlər də belə bir nəticəyə gəlməyə zəmin yaradır”.

Bəhruz Quliyev sonda YAP-ın təsis edilməsinin 27-ci ildönümü ilə bağlı siyasi əqidədaşlarına öz ürək sözlərini də çatdırıb: “Mən də Yeni Azərbaycan Partiyasının hər bir üzvünü təşkilatımızın 27-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edir, dövlətimizin, xalqımızın inkişaf və tərəqqisi yolunda yorulmadan, əzmlə çalışmalarını arzulayıram”.

Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Loading Bars
Xəbər lenti
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB) (FOTO/VİDEO) (VİDEOYAYIM)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Zədələnmiş pulları dəyişdirmək üçün ofis yaradılıb
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi
MTRŞ üzvü ürək tutmasından vəfat edib
Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Pensiyaların ödənilməsi ayın 15-də tam yekunlaşacaq
Milli Konservatoriyada koronavirusa görə əyani dərslər dayandırılıb
Rabitəbankda illik 15% ilə nağd pul kreditinə yaşıl işıq!
Hacıqabulda toy məclisinin qarşısı alınıb
Özbəkistan “ASAN xidmət” modelini öyrənir (FOTO)
Ötən gün ölkə ərazisində 21 yanğın olub, 3 nəfər xiulas edilib
Ceyhan terminalından yola salınan AÇG neftinin həcmi açıqlanıb
Vətən müharibəsində iştirak edən həkim koronavirusdan vəfat edib
Türkiyədə Ramazanda kütləvi tədbirlər keçirilməyəcək
Bakıda avtomat satmaq istəyən şəxs yaxalandı (FOTO)
İnstitusional təşəbbüslərin reallaşması vətəndaşlara dövlət qayğısının təzahürüdür - Kamaləddin Qafarov
Ağcabədidə 40 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü
Karantin qaydaları kiminsə arzu, istəyi ilə tənzimlənmir - Adil Qeybulla
Bakıda 48 minə yaxın sərnişinə xidmət edəcək müntəzəm marşrut xətti açılıb (FOTO)
Bərdədə yas mərasimi aşkarlanıb
Tovuzda toya toplaşanlar cərimələnib (VİDEO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Evini tərk edən daha 17 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi açıldı
Sabirabadda toy məclisi aşkarlandı, 9 nəfər cərimələndi
Oğuzda COVID-19 xəstəsi ictimai yerdə saxlanılıb
“Yaşıl Marafon” çərçivəsində Şəmkirdə ağac tingləri paylanılıb (FOTO)
Yevlaxda toy edənlər cərimələndi
Lənkəranda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb
Göyçayda 3 toy mərasiminin qarşısı alınıb (FOTO)
Siyasi partiyalar arasında dialoq istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu - Tamam Cəfərova
Bakıda daha bir toy mərasimi aşkarlandı (VİDEO)
Aprelin 12-də xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)
Bakıda istirahət mərkəzində yanğın olub
Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ötdü
Böyük Britaniya Şimali İrlandiyaya xüsusi təyinatlı qüvvələr göndərib
Haitidə katolik kilsənin bir qrup xidmətçisi qaçırılıb
Praqada yaşayış binasında baş verən yanğın nəticəsində 6 uşaq yaralanıb
Sent-Visent və Qrenadin ərazisində vulkan püskürməsinə görə işıqlar kütləvi şəkildə sönür
Bakıda azyaşlı qapı arxasında qalıb
Entoni Hopkins BAFTA mükafatına layiq görülub
"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"yı məğlub etdi
Türkiyədə son sutkada koronavirusdan 30 194 nəfər sağalıb
Ağcabədi rayonunda tikili yanıb
Bütün xəbərlər