Azərbaycan Prezidenti: Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir

Azərbaycan Prezidenti: Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir

Bakı. Trend:

Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, 1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi:

"Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır".

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər:

"O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi".

Azərbaycan Prezidenti bildirib ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi:

"Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi".

SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir
Müasir enerji səmərəli elektrik stansiyaları Azərbaycan energetikasının inkişafının yeni mərhələsidir
Loading Bars
Xəbər lenti
Somalinin paytaxtında güclü partlayış törədilib
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb - SƏRƏNCAM
Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb
İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq - Xəbərdarlıq (FOTO)
Şahmar Mövsümov: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması liberallaşmanın başlamasıdır
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub (FOTO)
Yaqut Qarayeva: Ölən tibb işçiləri daha çox təcili tibbi yardım sahəsində çalışanlar olub
Pərvin Kərimzadə: Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzindədir
Rusiyada koronavirusa yoluxanların sayı 882 min nəfəri keçib
Ezamiyyət vərəqəsinin tələb olunması nəzarət etmək üçün düzgün addımdır - Şahmar Mövsümov
Bu gün metronun açılması müzakirə olunmur - RƏSMİ
TƏBİB: Yoluxmanın yüksək olduğu ölkələrin təcrübələri daha çox öyrənilir
Ay ərzində 190 manatın bir manatı belə istifadə olunmursa, deməli, o şəxsin buna ehtiyacı yoxdur - Şahmar Mövsümov
Heç bir ölkə ilə sərhədlərimizi açmamışıq - PA rəsmisi
TƏBİB: Xaricdən həkimlərin Azərbaycana gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir
Prezidentin köməkçisi: Rayonlara gediş-gəliş açılanda digər istiqamətlərə də uçuşlar bərpa olunacaq
Hazırki epidemioloji vəziyyət toyların keçrilməsinə imkan vermir - Şahmar Mövsümov
Təhsil naziri: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır
Metronun bağlı olması gün ərzində 600 min sərnişinin daşınmasını əngəlləyir - PA rəsmisi
Rəqəmsallaşma davam etdirilsə, dövlət sahibkarlara dəstək mexanizmi həyata keçirə bilər - Rövşən Nəcəf
Məktəblərin açılması nə zamana planlaşdırılır? - RƏSMİ AÇIQLAMA
Şahmar Mövsümov: Toplaşmalar artdıqca karantin qaydaları pozulacaq və yoluxmalar çoxalacaq
Növbəti həftədə açıq havada kafe və restoranların fəaliyyəti bərpa oluna bilər
Cərimələr sərtləşdirilə bilər - Nazir müavini
Ermənistanda koronavirusa yoluxanların sayı 40 min nəfəri keçdi
Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir - Şahmar Mövsümov
Bizim əsas məqsədimiz yoluxmanın sürətinin azaldılmasıdır - Prezidentin köməkçisi
Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirib (FOTO)
ÜST 7-14 avqustu maska taxılması həftəsi elan etdi
Sahilboyu ərazilər tullantılardan təmizlənir (ƏLAVƏ OLUNUB) (FOTO)
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələnib (FOTO/VİDEO)
2006-cı ildən etibarən Xəzərin səviyyəsi enir - RƏSMİ
Qubada avtomobil oğrusu saxlanılıb (FOTO)
Kestutis Yankauskas: Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq (FOTO)
Çinin şimalında taun epidemiyası aşkar edilib
Yevlaxdan Cəlilabada dilənçiliyə gedənlər saxlanılıb
Gəncədən Balakənə istirahətə gələn dostlar cərimələnib
Həyətində narkotik becərən Xızı sakini saxlanıldı (FOTO)
Türkiyənin müdafiə sənayesi məhsulları ixracı azalıb
Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
Ermənistan sutka ərzində atəşkəsi 35 dəfə pozub
97 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
Cənubi Koreyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb
Türkiyədə daha bir zəlzələ olub
Bakıda anqarda yanğın olub
Çinin şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib
Tovuzda top mərmisi aşkar edilib (FOTO)
Moskvada koronavirusdan daha 14 nəfər ölüb
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Bütün xəbərlər