...

Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcək

Siyasət Materials 26 Noyabr 2019 18:12 (UTC +04:00)
Özbəkistanın Azərbaycandakı səfirliyi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət göndərib.
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcək

Bakı. Fəxri Vəkilov - Trend:

Özbəkistanın Azərbaycandakı səfirliyi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova Özbəkistan parlamentinin aşağı palatasına keçiriləcək seçkilərdə Azərbaycanın müşahidəçi qismində iştirak etməsi üçün müraciət göndərib.

Trend-in məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev brifinq zamanı deyib.

Səfir bildirib ki, müşahidəçi qismində Milli Məclisin beş deputatının iştirakı gözlənilir.

Qeyd edək ki, Özbəkistan parlamentinin 150 yerlik aşağı palatasına seçkilər dekabrın 22-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti