...

Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib (FOTO)

Siyasət Materials 29 Noyabr 2019 14:11 (UTC +04:00)
Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Polşa Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Polşa Silahlı Qüvvələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq planına əsasən Polşanın Sülhməramlı Əməliyyatları Hərbi Təlim Mərkəzinin rəisi Pavel Çabaliskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Ordusu ilə Polşa Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı və sülhməramlı əməliyyatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Polşa nümayəndə heyəti sülhməramlıların xidmət yerlərində yaradılan sosial-məişət və təlim şəraiti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti