...

Seçkilərdə iştirak etmək potensialı olmadığı üçün "Milli Şura" çirkin yollara əl atır - Deputat

Siyasət Materials 13 Dekabr 2019 12:26 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası ölkədə aparılan uğurlu islahatlara dəstək məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Seçkilərdə iştirak etmək potensialı olmadığı üçün "Milli Şura" çirkin yollara əl atır - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası ölkədə aparılan uğurlu islahatlara dəstək məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Mətbuatdan da göründüyü kimi, növbədənkənar parlament seçkilərinə böyük diqqət və maraq var.

Bunu Trend-ə deputat İlham Məmmədov deyib. O bildirib ki, bu gün ölkədə mövcud olan 50 siyasi partiyadan 40-dan çoxu artıq seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat verib:

“Lakin özünü "Milli Şura" adlandıran, 30 il bundan əvvəlki şüar və platforma ilə çıxış edən, müasir dövrmüzün inkişaf sürətindən xeyli geridə qalan bir cılız təşkilat guya ki, bu seçkiləri boykot edir. Sual çıxır, məgər ölkəmizin demokratik, ümumi konteksdə inkişafı özünü müxalifət adlandıran bu cılız qüvvələrin fikri ilə ölçülür? Məgər bu insanlar küçəyə çıxıb məişət şüarları səsləndirməklə hesab edirlər ki, bunlar ana müxalifətdi, ölkənin dərdinə qalırlar? Bu insanlar nəzərə almırlar ki, artıq 30 ildə dünyanın siyasi düzəni, insanların baxışı dəyişib, insanların həyatı yaxşılaşıb. Bunlar hesab edirlər ki, guya seçkilərdə iştirak etməsələr, seçkilər baş tutmayacaq. Necə olur ki, siyasi partiyaların çoxu iştirak edəcəklərini bəyan edirlər, bir "Milli Şura" öz təbirincə seçkiləri böykot edir”.

Deputat vurğulayıb ki, təşkilatın məqsədi əslində öz uğursuzluğunu ört-basdır etməkdir: “Milli Şura yarandığı gündən xalqın heç bir dəstəyini görmədi. Əlbəttə ki, xalqımız onların kim olduğunu yaxşı bildiyi üçün heç bir dəstək vermədi. İndi sosial bazası olmayan bu şura heç irəli sürməyə namizəd belə tapa bilmir, seçkidə iştirak edə biləcək potensialı yoxdur. Ona görə də bu cür sərsəm bəyanatlar səsləndirməklə öz çarəsizliyini örta-basdır etməyə çalışır. Digər tərəfdən, onlar həmişə olduğu kimi, xaricdəki ağalarının tapşırığı ilə Azərbaycanda gedən demokratik proseslərə kölgə salmağa çalışırlar”.

İ.Məmmədov əlavə edib ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən islahatlar xalqımızın bu gün və gələcək firəvan həyatı üçün hesablanıb: “Seçki hüququ vətəndaşların özlərindədir və onlar layiq bildiyi namizədə səs verəcəklər. Xalq isə öz gələcəyini, inkişafını təmin etmək üçün kimə səs verəcəyini çox gözəl bilir. Seçki prosesinə heç kim müdaxilə edə bilməz. Şəffaf və demokratik seçkilərin keçirilməsi ölkəmizdə hər zaman təmin edilib. Kimlərsə seçki haqqında absurd fikirlər səsləndirir, guya seçkiləri boykot edir. Bunlar mənasız xülyalardır".

Qeyd edək ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran kiçik bir müxalif kəsim isə seçkilərdə iştirak etməməklə bağlı "boykot" çağırışı edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti