...

Müdafiə Nazirliyində YENİ təyinatlar olub (FOTO)

Siyasət Materials 19 Dekabr 2019 15:35 (UTC +04:00)
General-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.
Müdafiə Nazirliyində YENİ təyinatlar olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə general-mayor Namiq Poladov və general-mayor Mübariz Rzayev müvafiq olaraq Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisləri vəzifələrinə təyin olunublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov vəzifələrə təyin olunan hərbi qulluqçuları şəxsi heyətə təqdim edib. Ali Baş Komandanın Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətə çatdıran Silahlı Qüvvələri Baş Qərargah rəisi xidməti fəaliyyətin daha səmərəli təşkili ilə bağlı tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti