...

AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

Siyasət Materials 22 Yanvar 2020 13:26 (UTC +04:00)
AŞ PA nümayəndə heyəti yanvarın 22-dən 23-dək Azərbaycanda səfərdədir.
AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bakı. Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək parlament seçkiləri ərəfəsində seçki kampaniyasını və siyasi mühiti qiymətləndirmək üçün yanvarın 22-dən 23-dək Azərbaycanda səfərdədir.

Trend-in məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar partiyaların rəhbərləri və nümayəndələri ilə görüşəcək.

Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri ilə, həmçinin KİV, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə danışıqlar aparılması da planlaşdırılır.

Nümayəndə heyəti səfərdən sonra bəyanat yayımlamağı planlaşdırır. Nümayəndə heyəti tam şəkildə seçkiləri müşahidə etmək üçün Azərbaycana fevralın 9-da gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti