Bakı. Trend:
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı seçicilərlə görüşlərini davam etdirir.
Trend-in məlumatına görə, Fəzail Ağamalı seçicilərlə görüşü zamanı çıxışında xalqımızın ərazi bütövlüyümüz və müstəilliyimiz uğrunda apardığı mübarizəni, 90-cı illərin əvvələrində ölkəmizin üzləşdiyi ağır durumu, istiqlalımızın və milli dövlətçiliyimizin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı faciəli günləri, Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi və iradəsi ilə siyasi hakimiyyətə gəlməsinin zəruriliyini ,onun dövlət quruculuğu sahəsində həyata keçirdiyi çoxşaxəli və titanik fəaliyyəti konkret faktlarla önə çəkdi. 2003 – cü ildə ölkə prezidenti seçilən cənab İlham Əliyevin son 16 ildə dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri və ölkəmizin əldə etdiyi əhəmiyyətli ugurların üzərində dayandı.
Seçicilər birmənalı olaraq qarşıdan gələn parlament seckilərində Fəzail Ağamalıya səs verəcəklərini bəyan etdilər.