...

Məzahir Pənahov: Kimsə yerlərdə xoşagəlməz hərəkətlər edirsə, qanunvericiliyə uyğun addımlar atılacaq

Siyasət Materials 9 Fevral 2020 15:49 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.
Məzahir Pənahov: Kimsə yerlərdə xoşagəlməz hərəkətlər edirsə, qanunvericiliyə uyğun addımlar atılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

Trend-in məlumatına görə, MSK sədri deyib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq: "Bu dəfə paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək. Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz hərəkətlər edirsə, qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Onların müəyyən bir faizi dəyişdirilməlidir, bu prosesdə iştirak etməməlidirlər. Belə şəxslər haqqında ciddi ölçü götürüləcək”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti