...

Mətbuat xidməti: Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur

Siyasət Materials 9 Fevral 2020 19:33 (UTC +04:00)
Milli Məclisin Mətbuat xidməti Oqtay Əsədovun səhhəti ilə bağlı yayılan məlumatları təkzib edib.
Mətbuat xidməti: Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur

Bakı. Trend:

Milli Məclisin Mətbuat xidməti Oqtay Əsədovun səhhəti ilə bağlı yayılan məlumatları təkzib edib.

Mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir:

"Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Milli Məclisin Mətbuat xidməti bildirir ki, bu xəbər həqiqətə uyğun deyil. Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti