Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Dövlətimizin başçısını salamlayan “Cassa Depositi Prestiti SpA”nın prezidenti Covanni Qorno Tempini dedi:

-Hər vaxtınız xeyir, Zati-aliləri Prezident Əliyev.

Hörmətli nazirlər, hörmətli dövlət katibi Di Stefano, hörmətli səfirlər, hörmətli SOCAR-ın vitse prezidenti, hörmətli qonaqlar, hər vaxtınız xeyir. Bu gün sizi burada salamlamaq məndə məmnunluq hissi doğurur.

Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyiniz üçün Sizə ən dərin minnətdarlığımı bildirirəm. İcazə verin, bu görüşün məqsədilə Sizi tanış etmək üçün bir neçə söz deyim.

İtaliya İqtisadiyyatının Milli Təşviqi Təşkilatı, 170 yaşı olan bir təşkilat kimi və missiyası İtaliyanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olan “Cassa Depositi Prestiti SpA”nın prezidenti kimi və bu işçi naharı təşkil etmək şərəfi nəsib olmuş bir şəxs olaraq biz ikitərəfli iqtisadi əlaqələrimizin gücləndirilməsinə töhfə vermək məqsədilə burada İtaliyanın bəzi ən yaxşı sənaye liderləri olan şirkətlərinin irəli sürdüyü təşəbbüsləri Sizin diqqətinizə çatdırmaq üçün əyləşmişik. İtaliya Azərbaycanın birinci qlobal ticarət tərəfdaşıdır. Sizin ölkəniz bizim aparıcı üç enerji təchizatçımızdan biridir. Trans-Adriatik boru kəməri layihəsi ilə bizim tərəfdaşlığımız daha da yüksək səviyyəyə çatacaq. Ticarət dövriyyəmiz keçən il, demək olar ki, 6 milyard avroya çatdırılmışdır, lakin burada çox böyük qeyri-tarazlıq var idi. Bizim Azərbaycana ixracımız ümumilikdə yarım milyarddan az olmuşdur. Bizim vəzifəmiz də bu qeyri-tarazlığın aradan qaldırılmasına çalışmaqdır və belə demək olar ki, bumeranq investisiyalarını həyata keçirməkdir.

Azərbaycan inkişaf etməkdə olan iqtisadiyyatını şaxələndirməkdə qətiyyətlidir və əsas diqqəti kənd təsərrüfatı, ətraf mühitə ziyan vurmayan nəqliyyat və enerji sektorunun müasirləşdirilməsinə yetirir. İtaliya ölkənizdə biznesini genişləndirməyə hazır olan öz milli lider şirkətləri, kiçik və orta həcmli müəssisələrinin geniş şəbəkəsi vasitəsilə bu məqsədlərə töhfə verə bilər. “Cassa Depositi Prestiti”nin (CDP) biznes planının mərkəzində italyan şirkətlərinin beynəlxalq inkişafına dəstəyin göstərilməsi dayanır. Buna görə də CDP Azərbaycan ilə biznes qurmaq istəyən bütün italyan iş adamlarının arxasında durur. Bundan əlavə, burada təmsil olunan şirkətlərin demək olar ki, yarısına CDP tərəfindən sərmayə yatırılıb və onun 500-dən çox İtaliya şirkətində payı var. Sonuncu, lakin əhəmiyyətinə görə sonuncu olmayan məsələ isə CDP İtaliyanın suveren investisiya fondu kimi potensial olaraq Azərbaycana marağı olan şirkətlər üçün çoxlu müştərək investisiya imkanlarını təklif edir. Bir daha Sizə təşəkkür edirəm. Buyurun cənab Prezident, söz Sizindir.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm. CDP-nin sədrliyi ilə işçi naharda bir araya gəlmək təşəbbüsünə görə CDP-yə minnətdarlığımı bildirmək istərdim. Sabah 100-dən çox şirkətin iştirakı ilə İtaliya-Azərbaycan biznes forumu keçiriləcək. Lakin bu gün mən İtaliyanın ən böyük şirkətləri - İtaliya iqtisadiyyatının aparıcı şirkətləri ilə görüşürəm. Onlardan bəziləri ilə bizim uzun illərdir çox sıx əməkdaşlığımız var. Onlardan bəziləri bizimlə işləməyi planlaşdırır və bu, tamamilə bizim məqsədlərimizə uyğundur.

Mənim İtaliyaya dövlət səfərimin çox böyük əhəmiyyəti var. Prezident, Baş Nazir və Senatın rəhbəri ilə görüşdən sonra deyə bilərəm ki, artıq səfərim uğurlu hesab oluna bilər. Bu, iki il əvvəl Prezident Mattarellanın səfərindən sonra güclənmiş fəal dialoqun davamıdır. O vaxt əldə etdiyimiz razılaşmalar və müzakirə etdiyimiz məsələlər hazırda həyata keçirilmə mərhələsindədir. Mənim səfərim zamanı 20-dən çox sənədin bəziləri artıq imzalanıb və sabah da imzalanacaq. Onlar siyasi, iqtisadi, ticarət, nəqliyyat, mədəni və digər sahələr olmaqla, çoxşaxəli məsələləri əhatə edir. Onların arasında mən xüsusilə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, həqiqətən də qarşıdakı uzun illər ərzində bizim sıx əməkdaşlığımızı müəyyən edən çox vacib siyasi sənəddir. Bizim üçün İtaliya, cənab sədrin dediyi kimi, təkcə bir nömrəli ticarət tərəfdaşı deyil, həmçinin Avropada ən yaxın tərəfdaşlarımızdan biridir. Bu vacib tarixi sənədi imzaladıqdan sonra düşünürəm ki, bizim münasibətlərimiz yeni mərhələyə qədəm qoymalıdır.

Layihələrin praktiki olaraq həyata keçirilməsi ilə bağlı deyə bilərəm ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm təqribən 700 milyon dollardır. Bəli, mən razıyam ki, bizim ticarət dövriyyəmizdə böyük qeyri-tarazlıq var. Lakin biz, həmçinin bilməliyik ki, bu, əsasən bizim İtaliyaya neft ixracımızla bağlıdır. Ona görə də biz ixracımızın şaxələndirilməsində maraqlıyıq. Əlbəttə ki, biz Azərbaycana İtaliya ixracını artırmaq üçün əlavə tədbirlər görməliyik. Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik. Səfər ərzində burada iştirak edən şirkətlərdən biri ilə çox vacib Anlaşma Memorandumu imzalandı. Bu, “Leonardo” tərəfindən həyata keçiriləcək çox böyük müqavilə olacaq. Bu gün mənim və Baş Nazirin iştirakı ilə bizim Müdafiə nazirliklərimiz arasında sənəd imzalandı. Bu, bizim əməkdaşlığımızda yeni səhifənin açılışı olacaq və bu, çox ümidverici layihədir. Çünki biz müdafiə infrastrukturumuzun müasirləşdirilməsi mərhələsindəyik. Azərbaycanın iqtisadi göstəriciləri müsbətdir. Ölkənin iqtisadiyyatı sabitdir. Xarici borc çox aşağıdır – ümumi daxili məhsulun 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 6 dəfə böyükdür. Biz istədiyimiz qədər borc götürə bilərik. Bizim əsas məqsədimiz şaxələndirmədir. TAP tamamlanandan sonra, - ümid edək ki, bu, çox tezliklə olacaq, - düşünürəm ki, biz enerji sektorunda bütün planlaşdırdıqlarımızı tamamlayacağıq. Çünki qeyd etdiyiniz kimi, bu gün biz İtaliyaya əsas neft ixracatçılarından biriyik. Düşünürəm ki, biz birinciyik. Təbii qazın nəqli ilə biz aparıcı ölkələr arasında olacağıq. Ona görə də əsas diqqət qeyri-enerji sektoruna yetirilməlidir. Burada biz kənd təsərrüfatı, ağır sənaye, kiçik və orta müəssisələrin qarşılıqlı əlaqəsi məsələlərinə gəlirik. Əlbəttə, biz İtaliyadan böyük investisiyaları alqışlayırıq və İtaliya iqtisadiyyatına investisiya yatırmağa hazırıq. Bu gün Azərbaycanın İtaliya şirkətlərində və daşınmaz əmlaklarında investisiyaları təqribən 1,5 milyard dollar təşkil edir və bizim inkişaf etmək üçün potensialımız mövcuddur.

Kosmik sənaye sahəsində əməkdaşlığın inkişafı da iqtisadiyyatımızın ümidverici sektorlarından biridir, həmçinin turizm. Azərbaycana gələn İtaliya vətəndaşlarının sayı artmaqdadır. Bir çox digər sektorlar da var. Başqa sözlə, güclü siyasi münasibətlər işgüzar dairələr üçün çox möhkəm zəmin yaradır. Bu güclü siyasi münasibətlər mənim uğurlu səfərim zamanı yenidən gücləndirildi. Ona görə də əminəm ki, qarşıdan gələn illərdə İtaliya şirkətləri Azərbaycanda ən fəal olan şirkətlər olacaqlar. Onların bəziləri ilə, - bu şirkətlərin nümayəndələri buradadır, - bizim artıq uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bəziləri ilə biz əməkdaşlığa başlamağı planlaşdırırıq. Əminəm ki, bugünkü işçi nahar çox məhsuldar olacaq və biz çox yaxşı nəticələri görəcəyik. Bir daha dəvət üçün təşəkkür edirəm. Əminəm ki, bizim müzakirələr zamanı hər iki tərəf üçün faydalı gələcəyimizi planlaşdıracağıq.

İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio di Stefano: Zati-aliləri Prezident Əliyev, CDP-nin sədri cənab Covanni Qorno Tempini, hörmətli qonaqlar. Bu toplantıda İtaliya hökumətini təmsil etmək mənim üçün həqiqətən də böyük şərəfdir və məndə səmimi məmnunluq hissi doğurur. Əvvəla, mən bu işçi naharı və tədbiri təşkil etdiyinə görə CDP-yə minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, bu tədbir Zati-aliləri Prezident İlham Əliyevin dövlət səfərinin mühüm bir hissəsidir.

CDP qrupu İtaliyanın maliyyə qoludur və şirkətlərə beynəlxalq səviyyəyə çıxmaları üçün maliyyə həlləri təklif edir. Mən İtaliyanın iş adamlarının bu gün azərbaycanlı həmkarları ilə birlikdə çalışdığını görməkdən fəxr duyuram. Mən şəxsən bu dövlət səfərinin təşkili üçün, xüsusilə Azərbaycanla ikitərəfli əlaqələrə yardımçı olmaq məqsədilə çox səy göstərmişəm. Keçən ay mən Energetika naziri cənab Pərviz Şahbazovla birlikdə ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün böyük nəticələr vermiş iqtisadi əməkdaşlıq üzrə beşinci İtaliya-Azərbaycan Birgə Komissiyasına həmsədrlik etdim. Bizim qarşılıqlı ticarət mübadiləmiz ölkələrimizin iqtisadiyyatının bir-birini tamamlamasını nümayiş etdirir. Bizim demək olar ki, altı milyard avro məbləğində ticarət dövriyyəmiz olmuşdur. Mən prezident Tempininin artıq dedikləri bütün rəqəmləri və yaxşı əməkdaşlığı bir daha qeyd etməyəcəyəm. Lakin onu demək istəyirəm ki, Trans-Adriatik, Trans-Anadolu və Cənubi Qafqaz boru kəmərləri ilə artıq gerçəkləşən ən böyük imkanlar həqiqətən münasibətlərimizə təkan verəcək. Bu, “Şahdəniz” qaz yatağı ilə bağlantı sayəsində mümkün olacaq. Bu, bizə 2 milyard avro dəyərində, - bu rəqəm qeyd edilməmişdir, - əlavə ticarət dövriyyəsini gətirəcək. Bu rəqəm və layihələr hökumətlərimiz tərəfindən edilmiş spesifik, dəqiq siyasi seçimlərdir. Buna görə də düşünürəm ki, bizi bir-birimizə bağlayan dostluq münasibətlərində bu seçimlər qarşılıqlılıq prinsipi ilə bağlı gözləntiləri daha da yüksəldir.

Mən çox şadam ki, cənab Prezident, Siz bunu çox aydın qeyd etdiniz. Qarşılıqlılıq prinsipi dedikdə iki ölkə arasında, həmçinin qaz sənayesindən kənarda olan sahələrdə qarşılıqlı əməkdaşlığı daha da artırmaq üçün imkanları nəzərdə tuturam. Fakt etibarilə, italyan şirkətləri infrastrukturun inşası, maşınqayırma sənayesi sahələri ilə yanaşı, eyni zamanda, təyyarələr, helikopterlər, hava məkanı, kibertəhlükəsizlik və bir çox digər sahələrdə fəaliyyəti ilə seçilirlər. Onların bir çoxunu bu gün bu masanın ətrafında əyləşənlər arasında görürəm. Bizim İtaliyadakı bütün bu aparıcı lider şirkətləri ilə müntəzəm əlaqələrimiz var. Mən əminəm ki, siz son bir neçə ildə onların fəaliyyətindən faydalanmısınız və gələcəkdə də faydalanacaqsınız. Buna görə də burada olduqlarına görə onlara təşəkkürümü bildirirəm.

Biz sizə nə nümayiş etdirmək istəyirik. Məlumdur ki, İtaliya şirkətləri bütün dünyada yüksək reytinqə malikdirlər. Lakin onları fərqləndirən cəhət odur ki, onlar həqiqətən komanda şəklində çalışa bilir və bizim şirkətlər xaricdə fəaliyyət göstərdikdə biz onlarla birlikdə italyan sistemini tətbiq edirik. Buna görə bugünkü tədbirə görə mən şəxsən azərbaycanlı dostlara minnətdarlığımı bildirirəm. Əminəm ki, imzalanmış anlaşma memorandumları və qarşımızdakı imkanlar sayəsində biz gələcəkdə daha da böyük əməkdaşlığa nail ola biləcəyik. Nümayiş etdirmək üçün daha da böyük potensial mövcuddur. Mən əminəm ki, bu səfər və sabah keçiriləcək biznes forum bu imkanlara təkan verəcək. Beləliklə, bir daha Sizə və CDP-yə təşəkkür edirəm.

xxx

İşçi naharda iştirak edən şirkət rəhbərləri Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumat verdilər, həmçinin ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycanın regionlarında bank kreditləşməsi artıb
Azərbaycanın regionlarında bank kreditləşməsi artıb
AYİB Azərbaycan şirkətlərinə dəstək üçün vəsait ayırıb
AYİB Azərbaycan şirkətlərinə dəstək üçün vəsait ayırıb
Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı (VİDEO)
Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı (VİDEO)
Loading Bars
Xəbər lenti
Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub
Binəqədidə karantin rejimini pozan çay evi aşkarlandı (FOTO/VİDEO)
Masallıda saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanıldı (FOTO)
​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO)
Şəbnəm Həsənova: Bəşəriyyətin sınağa çəkildiyi bir vaxtda Ermənistan öz məkrli siyasətindən əl çəkmədi
Bakıda 42 yaşlı kişi dezinfeksiya spirti içib öldü
Rabitəbankdan özünəməşğulluq proqramına dəstək! (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Koronavirus Yəməndə də qeydə alındı
Ombudsman Aparatının nümayəndələri beynəlxalq onlayn iclasda iştirak ediblər
Bakıda minik avtomobili yük maşınına çırpıldı, ölən var
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır - Salyan sakini Vüqar Mürsəlov
Cənab Prezident, bizlər də həmişə Sizin yanınızdayıq, Sizin əsgərlərinizik - Bakı sakini Samir Abdullayev
Cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq - Ağdam sakini Hacıağa Hacıyev
Ağcabədidə yeniyetmələr arasında bıçaqlanma olub
Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm - Lənkəran sakini Nurlan İbadov
Bakıda bəzi işbazlarla bağlı reydlər keçirilir (FOTO)
BDYPİ: Karantinlə bağlı 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
AŞ PA həmməruzəçiləri: Azərbaycanda məhkumların əfv edilməsi çox düzgün addımdır
Aprelin 10-da xarici valyutaların manata qarşı məzənnələri
Ermənistan silahlıları atəşkəs rejimini 24 dəfə pozub
Sabirabadda kafedə yanğın baş verib
Materik Çində 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb
Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub (FOTO)
Türkiyədə zəlzələ qeydə alınıb
Meksika neft hasilatını 100 min barel azaltmağa hazırdır
"Microsoft" koronavirusun yayılmasına qarşı mübarizə üçün 20 milyon dollar ayıracaq
Boris Conson adi palataya köçürülüb
Göyçayda yanğın qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 83 min nəfərə yaxın artıb
Türkiyədə koronavirus qurbanlarının sayı 908 nəfərə çatıb
Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb
OPEC + ölkələri neft hasilatını sutkada 10 milyon barel azaltmağa dair razılığa gəliblər
Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır - Zaxarova
10 min işsizə birdəfəlik ödəmə köçürülüb
Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı (VİDEO)
Qoruqların gəlirləri 15 dəfə artıb
Məzahir Əfəndiyev: Postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlılığına xüsusi diqqət yetirilməlidir
Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə ünvanlı yardım çatdırıblar (FOTO)
Ötən il 102 ixtiraya patent verilib
Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
Avtomobildən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar
Nazirlik işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı suallara aydınlıq gətirib
ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və təhlükəli adlandırdı
“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb
UNEC brendi Xorvatiyada da tanındı
BŞBPİ vətəndaşları xüsusi karantin rejiminə əməl etməyə çağırır (FOTO)
"Azərkosmos" "Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsini elan edir
Ekokönüllülər hər kəsi qanvermə kampaniyasında iştiraka çağırır (FOTO)
İşəgötürənlərin muzdlu işçilərinə əməkhaqlarının ödənilməsi 2 ay ərzində bərabər hissələrlə həyata keçiriləcək (VİDEO)
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək
Azercell NNTV tətbiqi ilə dünyanın ən çox baxılan televiziya kanallarını təqdim edir!
Nazirlər Kabineti illik hesabatın yeni formasını təqdim edib (FOTO)
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
Sumqayıtda avtomobil oğurlayan şəxs saxlanılıb
Keçən il 648 obyektdə tikinti işləri dayandırılıb
“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq
Ucarda F-1 əl qumbarası tapılıb (FOTO)
Aprelin 10-da dolların manata qarşı məzənnəsi
Bakıda heç bir marşrutun fəaliyyətinə məhdudiyyət qoyulmayıb
Bütün marşrut avtobusları dezinfeksiya məhlulları ilə təmin edilib
DYP nəqliyyat vasitələrinə dair etibarnamələrlə bağlı məlumat yaydı
Yasamalda karantin rejimini pozan şəxs məsuliyyətə cəlb olunub
ATƏT PA: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” qeyri-legitim idi
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib (FOTO/VİDEO)
BNA marşrut sahiblərinə tapşırıq verib
BMT ÜST-ün dəstəklənməsi üçün dünya ölkələrinə çağırış edib
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal” kampaniyası çərçivəsində növbəti aksiya keçirib (FOTO)
Elçin Quliyev təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
Peşə təhsili üzrə teledərsin sabaha olan CƏDVƏLİ açıqlanıb
Vışeqrad Qrupu ölkələrinin Xarici işlər nazirlərinin videokonfransı keçirilib
Baş Nazir Milli Məclisdə hesabat verib (ƏLAVƏ OLUNUB-4)
Dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə start verilib (FOTO)
İcbari Sığorta Bürosu koronavirusla bağlı sosial videoçarx hazırlayıb (VİDEO)
Əbülfəs Qarayev vətəndaşların videoqəbulunu keçirib (FOTO)
Deputat Sevil Mikayılova aztəminatlı ailələrə və tənha yaşayan şəxslərə ərzaq yardımı edib (FOTO)
Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər
Bakıda mağaza yanıb
Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb
İmişlidə ikimərtəbəli ev yanıb
Əli Əsədov: Ölkəmizin tranzit potensialının reallaşdırılması iqtisadiyyatın şaxələndirilməsinin vacib şərtlərindəndir
Bakıda bir evdən 4500 manat oğurlanıb
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır (VİDEO)
Sahil Babayev: Sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur (VİDEO)
Ziyafət Əsgərov: Koronavirusa qarşı ən kamil mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır
Evdə qal və muzeylərə səyahət et
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
Xaricdən qayıdan azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ediblər
Azərbaycanda yeni medal təsis edilir
Milli Məclisin plenar və komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb
Binəqədidə karantin rejimini pozan “play station” salonu aşkarlandı (FOTO/VİDEO)
Ermənistanın Təl-Əvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək - RƏYLƏR
İranda epidemiyadan daha 117 nəfər öldü
"Euronews" Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirdi (VİDEO)
Qazaxıstanda güclü külək: Ölənlər var
Bütün xəbərlər