Xocalı soyqırımı: Erməni yalanlarını ifşa edən beynəlxalq sənədlər

Xocalı soyqırımı: Erməni yalanlarını ifşa edən beynəlxalq sənədlər

Bakı. Trend:

Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında yaşanan Dağlıq Qarabağ debatı bir çox cəhətdən yaddaqalan oldu. Xüsusən Ermənistan Baş naziri N.Paşinyanın tarix, coğrafiya, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurası qətnamələrini təhrif etməsi və ya edə bilməməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin reaksiya ilə qarşılandı. Lakin debatı bir cümlə ilə şərh etsək, Prezident İlham Əliyevin hücumda, N.Paşinyanın isə müdafiədə olduğunu deyə bilərik ki, bu da Azərbaycanın 2003-cü ildən başlatdığı “hücum diplomatiyası”nın davamı kimi qiymətləndirilməlidir. Əlbəttə, beynəlxalq ictimaiyyət qarşısında belə bir debat müsbət qiymətləndirilə bilər, çünki Qarabağı azad etmək üçün əvvəla beynəlxalq aləmə Prezident Əliyevin ifadəsi ilə həqiqətləri çatdırmaq vacibdir. Bu mənada, debat son illərdə diaspor və lobbi fəaliyyətində Azərbaycanın əldə etdiyi üstünlüyün davamına xidmət edir.

Lakin debatda yaddaqalan müzakirə məsələlərindən biri də dünya ictimaiyyətinin, dünya mətbuatının, beynəlxalq təşkilatların və 10-dan çox dövlətin parlamentinin qəbul etdiyi və erməni siyasətçilərin istəməyərək etiraf etdiyi Xocalı soyqırımını inkar etməsi oldu. Xocalı soyqırımının qəbulu və tanınması Ermənistan və erməni millətçilərinin dünyada özləri haqqında illərdir formalaşdırmağa çalışdıqları strategiyanın dağıdılması deməkdir.

1991-ci ilin sonuna qədər Dağlıq Qarabağ ərazisində tərəflər arasında ciddi bir silahlı toqquşma yaşanmamışdı. Lakin 1991-ci ilin avqustunda Moskvada yaşanan uğursuz hərbi çevriliş cəhdindən sonra Dağlıq Qarabağdakı separatçılar sürətlə silahlanmağa və mülki Azərbaycan əhalisinə qarşı hücumlarını artırmağa başladılar. Xocalı da Xankəndini nəzarətdə saxladığı üçün strateji əhəmiyyəti səbəbi ilə işğal olunacaq ilk hədəflərdən biri idi.

25 fevral 1992-ci ildə gecə saat 22.00-da Xankəndində olan və çoxu erməni silahlılarından formalaşan 366-cı Motoatıcı Alay Xocalıya üç tərəfdən hücuma keçdi. 26 fevral sabahına qədər ağır silahlardan davam edən atəş nəticəsində 613 nəfər mülkü əhali qətl edildi, 487 nəfər əlil oldu və 1275 nəfər əsir alındı. Bu əsirlərdən 150 nəfərinin hələ də taleyi məlum deyil. Onlardan 68-i qadın və 28-i uşaqdır.

Xocalıda yaşanan soyqırımı dövrün yerli və xarici mətbuatı tərəfindən işıqlandırıldı. Amerikalı ekspert Svante Kornellə görə, ermənilərin Xocalıda yaşayan insanları öldürməklə 2 əsas məqsədi vardı: birincisi, mülki əhalinin Xocalıya qayıtmasının qarşısını almaq, ikincisi isə Xocalıya yaxın ərazilərdə yaşayan mülkü azərbaycanlıları qorxudaraq Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını asanlaşdırmaq. Təsadüfü deyil ki, Xocalıda yaşanan soyqırımı ətraf rayonlarda mülkü əhali arasında bir qorxu yaradaraq işğalı sürətləndirdi.

Hadisədən 1 həftə sonra BMT-nin Memorial İnsan Hüquqları təşkilatı Xocalı hadisəsi haqqında bir hesabat hazırladı. (https://memohrc.org/ru/reports/doklad-pravozashchitnogo-centra-memorial-o-massovyh-narusheniyah-prav-cheloveka-svyazannyh-s). Hesabat Xocalıda törədilən soyqırımında erməni silahlılarını günahkar göstərirdi. Memorial İnsan Hüquqları Təşkilatının hesabatına görə, Xocalıdan qaçan mülki əhali yollarda erməni silahlılar tərəfindən qətlə yetirilmişdi. Əsir alınanlar isə işgəncə ilə öldürülmüşdü. Memorialın qeydlərini o dövrdə Qarabağda xidmət edən rus zabit Yuriy Qirçenko da yazdığı kitabında paylaşmışdır. Qirçenko “Olmayan Dövlətin Ordusu” başlıqlı kitabında bunları yazmışdır: “Naxçıvan istiqamətinə gedən sivil əhali yolda ermənilərin ağır silahlardan atəş açması nəticəsində öldürüldü. Xocalıdan qaçanların bir hissəsi də Gülablı istiqamətinə getdi və onlar da erməni silahlıları tərəfindən öldürüldü. Burdan əsir aldıqları insanları isə işgəncələrlə öldürdülər”.

Əlbəttə, Ermənistanın keçmiş prezidenti və Xocalı soyqırımını törədənlərdən biri olan Serj Sarqisyanın etirafı hamımıza məlumdur. Sarqisyanın Tomas de Valla verdiyi müsahibədə “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, biz mülkü əhalini öldürmərik, amma Xocalıda biz bunu etdik” sözlərindən başqa da sözlər var. Sarqsyanın “Xocalıya hücum edən əsgərlərimiz Bakıda və Sumqayıtdan qaçan ermənilərdən meydana gəlmişdi”- sözləri mülki əhali öldürməyi əvvəlcədən planlandığını göstərir. Digər tərəfdən erməni polis mayoru Valeri Babayanın “Xocalıya hücum edənlər Sumqayıt və Bakıdan gələn ermənilərdən ibarət idi”, sözləri də Sarqisyanı təsdiqləyir. Görünən odur ki, erməni tərəfi Xocalıda mühasirədə olan əhalini öldürmək üçün xüsusi bir “İntiqam Birliyi” qurmuşdur. Bu isə BMT-nin 1948 Soyqırımın Önlənməsi və Cəzalandırılması Konvensiyası şərtlərinə görə Xocalıda yaşanan hadisənin soyqırımı olaraq qiymətləndirilməsinə yol açır.

Xocalı soyqırımının erməni silahlıları tərəfindən törədildiyi haqqında sübutları daha da çoxaltmaq mümkündür. Bunlardan biri də 1997-ci ildə Ermənistan xarici İşlər Nazirliyinin Xocalı soyqırımı haqqında açıqlamasına Helsinki İnsan Hüquqları Təşkilatının icraçı direktoru Holli Kartnerin cavabıdır. 1997-ci ili mart ayının 3-də Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verərək Xocalının Azərbaycan daxili siyasətində iqtidar-müxalifət çəkişməsi nəticəsində yaşandığını iddia edir. Bu açıqlamadan sonra İnsan Hüquqları Təşkilatınım icraçı direktoru Holli Kartner Ermənistan hökumətinə cavab məktubu yazaraq Ermənistan hökumətinin iddialarının doğru olmadığını və Xocalıda yaşananlardan silahlı ermənilərin məsul olduğunu qeyd etmişdir. Kartner ayrıca bunları qeyd etmişdir “Nə Xocalıda yaşananlar, nə də Xocalıdan köçən azərbaycanlıların ifadələri sizin “azərbaycanlıların özləri daxili siyasət mübarizəsi səbəbi ilə Xocalı qətliamını törətdi” tezisinizi dəstəkləmir.... Biz hələ də Xocalıda mülkü əhalinin qətl olunmasından Qarabağ ermənilərini məsul tuturuq”. (http://www.hrw.org/en/news/1997/03/23/response-armenian-government-letter-town-khojaly-nagorno-karabakh)

Göründüyü kimi beynəlxalq sənədlər və təşkilat rəhbərləri bu məsələnin ermənilər tərəfindən törədildiyini şübhə qalmayacaq şəkildə göstərir. Ermənistan tərəfi istər Qarabağın işğalında, istərsə də 1915-ci il hadisələri məsələsində özlərini məsum və hüquqları pozulan tərəf kimi təqdim etməyə çalışır. Xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanınması və bunda erməni tərəfini günahkar görməsi isə onların formalaşdırmağa çalışdığı bu mifin qarşısını aldığı üçün Xocalını inkar etməyə çalışırlar.

Cavid Vəliyev,

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
Rüştü koronavirusa yoluxub
Rüştü koronavirusa yoluxub
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
Loading Bars
Xəbər lenti
Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir
Elşad Hacıyev: Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir
Türkiyədə zəlzələ baş verib
Hindistanda koronavirusa yoluxanların sayı 970-i keçib
Yeni Zelandiyada koronavirusdan ilk ölüm qeydə alınıb
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoydu (FOTO)
İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir
Martın 29-da xarici valyutaların manata qarşı məzənnələri
Azay Quliyev: "Biz birlikdə güclüyük!" şüarı hamı üçün əsas şüar olmalıdır
Qazaxıstanda koronavirusa yoluxanların sayı 229 nəfərə çatıb
Tramp Nyu-Yorkda karantinin tətbiq edilməyəcəyini bildirdi
Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq
Ukraynada koronavirusa yoluxanların sayı artıb
"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
Çində koronavirusa yoluxanların sayı artıb
Tramp Nyu-Yorkda karantinin tətbiq edilməsini nəzərdən keçirir
ABŞ-da koronavirusa yoluxanların sayı 121 mini ötüb
Rüştü koronavirusa yoluxub
Fransada koronavirusdan ölənlərin sayı 2,3 mini ötüb
Türkiyə HHQ İraqın şimalında 8 terrorçunu zərərsizləşdirib
Belçikada koronavirusa yoluxanların sayı 9134 nəfərə çatıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 570 mini ötüb
İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub
Bu gündən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir
Bəhruz Quliyev: Öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərən həkimlərimiz ən yüksək qiymətə layiqdirlər
İtaliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı min nəfəri ötüb
Alov Qüllələrində "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" və "Evdə qal Azərbaycan!" şüarları əks olunub (FOTO/VİDEO)
Prezident İlham Əliyev həkimləri alqışladı (VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir (FOTO)
Türkiyədə koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb (FOTO)
Azərbaycan Prezidenti: Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq
Prezident İlham Əliyev: Bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar, ona görə də tədbirlər daha da sərtləşdiriləcək
Azərbaycan Prezidenti: Elə adam var ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik
UNEC rektoru: Distant ali təhsil: 3 addım
Prezident İlham Əliyev: Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz
Azərbaycan Prezidenti: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
Prezident İlham Əliyev: Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq
Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)
Prezident İlham Əliyev: Əgər biz səhiyyə sahəsinə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi
Dövlət Komitəsi “Ailələrə zəng” aksiyasını davam etdirir (FOTO)
Azərbaycan Prezidenti: Koronavirus xəstələri hazırda ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir
Xüsusi karantin rejimini pozaraq Bakıya gələn şəxslər həbs edildi (FOTO)
Azərbaycanda daha 17 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi - Operativ Qərargah
YAP könüllüləri və ƏƏSMN-nin sosial işçiləri ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər (FOTO)
Karantin rejimində sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
“Azərişıq” ASC sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Səməd Seyidov AŞ PA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu
Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı (VİDEO)
Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Zamanında mühüm xidmət növü - AptekOnline.az! (VİDEO)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur
Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər (VİDEO)
Ağcabədidə yük avtomobili yandı
Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir (FOTO)
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda mağazalardan oğurluq edən şəxs saxlanıldı
“Evdə qal” devizi altında aksiya davam etdirilir (FOTO)
Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Psixoloq: Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürüldü
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Bütün xəbərlər