...

Elman Məmmədov: Prezident İlham Əliyev sübut etdi ki, koronavirusla bağlı yayılan süni gərginliyin heç bir əsası yoxdur

Siyasət Materials 4 Mart 2020 10:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bölgələrə səfər etməklə digər ölkə rəhbərlərinə örnək olduğunu bir daha sübuta yetirdi.
Elman Məmmədov: Prezident İlham Əliyev sübut etdi ki, koronavirusla bağlı yayılan süni gərginliyin heç bir əsası yoxdur

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bölgələrə səfər etməklə digər ölkə rəhbərlərinə örnək olduğunu bir daha sübuta yetirdi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində koronavirusla bağlı ajiotaj və qorxu yarandığı halda, bu proses Azərbaycan Prezidentinin işinə heç bir təsir etmədi:

"Koronavirus təhlükəsi olan ölkələrin heç birinin dövlət başçısı bölgələrə səfər etmir. Amma cənab Prezident nümunə göstərdi. Cənab Prezident bu addımı ilə bir daha bəyan edir ki, koronavirus təhlükəsi bir prezident kimi onun işinə heç bir təsir etmir. Digər tərəfdən, cənab Prezident bölgələrə səfər etməklə bir daha xalqın, əhalinin yanında olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev sübut etdi ki, koronavirusla bağlı əhali arasında yayılan süni gərginliyin heç bir əsası yoxdur, insanlar təşvişə düşməməlidir. Bəzi qaragüruhçular heç bir əsası olmadan yalan məlumatlar yaymaqla əhali arasında təşviş yaratmağa cəhd edir. Bu viruslar dünyada bütün dövrlərdə olub. Quş qripi, donuz qripi adı ilə yayılan viruslar kimi bu virus da var. Bundan qorunmaq fərddən asılıdır. Hər bir şəxs gigiyenasına əməl etməlidir, təşvişə düşmək yox. Cənab Prezident bölgələrə səfəri zamanı bu məsələyə də toxundu və ölkədə aparılan profilaktik tədbirlərin yüksək səviyyədə olduğunu bəyan etdi".

E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev, həmçinin bölgələrə səfəri zamanı oradakı şəraitlə də tanış oldu, görülən işlər və əhalinin vəziyyəti ilə də maraqlandı:

"Səfər zamanı cənab Prezident bölgələrdəki inkişafla maraqlandı, görüləcək işlərlə bağlı tapşırıqlar verdi. Dövlət başçısı hər kəsə sübut etdi ki, onun siyasəti gördüyü işdir, əldə olunan inkişafdır. Bu səfər, həmçinin regionların inkişafına öz töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti