...

Azərbaycan İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinə 100 min dollar yardım edib

Siyasət Materials 6 Mart 2020 15:18 (UTC +04:00)
Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.
Azərbaycan İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinə 100 min dollar yardım edib

Bakı. Trend:

Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə 100 min ABŞ dolları həcmində yardım edilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti