Bakı. Trend:
Prezident İlham Əliyev Mirdaməd Sadıqovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov "Şöhrət" ordeni ilə təltif edilir.