...

Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlanıb

Siyasət Materials 11 Mart 2020 10:19 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

VI çağırış Milli Məclisin növbəti plenar iclasının tarixi açıqlanıb.

Trend-in məlumatına görə, iclas martın 13-də keçiriləcək.

İclasda VI çağırış Milli Məclisin deputatlarına vəsiqələr təqdim olunacaq.

Qeyd edək ki, ötən gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda Milli Məclisin yeni sədri, sədr müavinləri, komitə sədrləri və müavinləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti