Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirus infeksiyası 162 ölkədə yayılıb. Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.
H.Babaoğlu bildirib ki, virusla yanaşı, informasiya pandemiyası da təhlükəlidir. İnsanlara vaxtında və düzgün məlumat verilməlidir ki, panika yaranmasın:
"Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik. Azərbaycanda ictimai gigiyena məsələsi yüksəkdir. Azərbaycan xalqı bu virusla mübarizədə özünü səfərbər etməyi bacardı. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar öz evlərini həmin ölkələrdə olan həmvətənlərinə təklif etdilər”.