Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşdü.

Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəldi.

Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.

Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.

Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşdü.

Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün, ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.

Dövlətimizin başçısı Novxanı dayanacağına gəldi.

Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.

Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.

Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.

Dövlətimizin başçısı burada dəmiryolçularla görüşdü.

Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev dedi:

-Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.

Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.

Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.

Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.

Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.

Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.

Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.

Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

x x x

Cavid Qurbanov: Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun.

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Loading Bars
Xəbər lenti
"F-35" qırıcısı təyyarə gəmisinə enməyə cəhd edərkən qəzaya uğrayıb
Afrika Millətlər Kubokunun oyunu zamanı izdiham baş verib, 6 nəfər yaralanıb
ABŞ-da 8500 hərbçi yüksək hazırlıq vəziyyətinə gətirilib
Meksika mətbuatında 20 Yanvar faciəsindən bəhs edilib (FOTO)
Balotelli 2018-ci ildən bəri ilk dəfə İtaliya milli futbol komandasına çağırılıb
Samuxda kafedə yanğın olub
Burkina Fasoda hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini bildiriblər
Ukraynada hazırkı vəziyyət nəzarət altındadır - Vladimir Zelenski
Ukraynanın baş naziri milli iqtisadiyyatın fəaliyyətinə təhlükənin olmadığını açıqlayıb
Türkiyədə yük terminalının damı güclü qar səbəbindən uçub
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Paşinyan
Azərbaycanın qlobal məsələlərin həllində rolu artmaqdadır - TƏHLİL
Ağcabədidə intihar cəhdinin qarşısı alınıb
Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb
Serbiya baş nazirinin müavini Azərbaycana gələcək
ÜGT-nin Avropa Regionu üçün elektron ticarət üzrə onlayn seminarı başlayıb (FOTO)
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu (FOTO)
Avropada təbii qaz 20 faizə yaxın bahalaşıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib
Sabunçuda ev yanıb, ölən var
Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib
Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ağdamda kafedə yanğın olub
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Almaniyada məşhur universitetdə atışma, yaralılar var
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Buraxılış imtahanlarının tarixləri açıqlanıb
Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib
AŞ PA-nın yeni sədri seçilib
H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda piyada keçidi inşa edilir (FOTO/VİDEO)
Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)
Serbiyada zavod partlayıb, ölən və yaralanan var
Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib
Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub
Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - Anbaan görüntülər (FOTO/VİDEO)
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatdı
Avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb
İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
İstanbul hava limanında uçuşlar dayandırılıb
İsrail dördüncü dozanın daha davamlı olduğunu elan edib
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA (FOTO)
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Bütün xəbərlər