...

Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi

Siyasət Materials 25 Mart 2020 19:12 (UTC +04:00)
Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.
Milli Məclisin plenar iclaslarının vaxtı dəyişdi

Bakı. Trend:

Milli Məclisin plenar iclaslarının keçirilmə saatlarına dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Milli Məclisin iclasları saat 11:00-dan 17:00-dək keçiriləcək.

Fasilə vaxtı isə saat 13:00-15:00-dək olacaq.

Qeyd edək ki, Milli Məclisin plenar iclasları saat 12:00-dan 18:00-dək keçirilib, saat 14:00-16:00-dək isə fasilə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti