Bakı. Trend:
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.
Səfirlikdən Trend-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.
“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.