...

Rusiyalı ekspert: Dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanımır və tanımayacaq

Siyasət Materials 15 Aprel 2020 20:55 (UTC +04:00)

Bakı. Hüseyn Səfərov - Trend:

Qondarma "Dağlıq Qarabağ Respublikası" (DQR) heç bir şəkildə dövlət deyil.

Bunu Trend-ə rusiyalı ekspert Qalina Niyazova deyib. Onun sözlərinə görə, ilk növbədə, dünya ictimaiyyəti işğal olunmuş bu torpaqların müstəqilliyini tanımır və tanımayacaq:

"İkincisi, "müstəqillik" sözü öz daxili ehtiyatları hesabına, müstəqil şəkildə inkişafı ifadə edir. Amma nə marionet "DQR" rejimi, nə də qondarma "DQR"i idarə edən və özü də Rusiyanın himayəsində olan Ermənistan bütün bunlara malik deyil".

Ekspert əlavə edib ki, işğal olunmuş Dağlıq Qarabağda legitim seçkilər barədə yalnız bu ərazilərin azad edilməsindən sonra danışmaq olar:

"Aydındır ki, o zaman qondarma "prezident seçkiləri"ndən söhbət getməyəcək, yalnız regionun inkişafına və sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyan qurumların seçilməsindən söhbət gedir. Amma indiki qondarma "respublika"da koronavirus pandemiyası və karantin şəraitində seçkilər keçirməklə hakimiyyətə iddia edənlər bu xüsusiyyətlərə malik deyillər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti