Bakı. Ləman Zeynalova - Trend:
İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" münaqişənin nizamlanması üzrə danışıqlar üçün müsbət mühitin yaradılmasına xidmət etmir.
Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.
O bildirib ki, bir ölkə tərəfindən digər ölkənin işğal olunmuş ərazilərində seçki keçirilməsi tərəflərin barışığı üçün zəruri olan psixoloji əhvalın formalaşmasına xidmət etmir:
"Dağlıq Qarabağa gəldikdə, bu, Azərbaycanın ərazisidir və bunu dünya ölkələri qəbul edir. Yaxşı olardı ki, qondarma "seçkilər" keçirilməzdi".
M.Brayzanın sözlərinə görə, hökumətlərin bəyanatında açıq-aşkar deyilir ki, qondarma "seçkilər" heç nə ifadə etmir, çünki onlar Dağlıq Qarabağda qurulmuş qondarma rejimin "müstəqilliyini" tanımırlar:
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzun müddət müzakirə olunan və 2019-cu ilin yanvarında razılaşdırılan əsas prinsipləri ifadə edir ki, Dağlıq Qarabağ sakinləri öz nümayəndələrini seçmək hüququna malik olacaq, amma bu, yalnız münaqişə üzrə əldə olunan baza prinsiplərinə əsaslanan çərçivə sazişi əldə olunduqdan sonra mümkün ola bilər".