...

Tamam Cəfərova: Sosial Tədqiqatlar Mərkəzi ötən dövr ərzində ictimai rəy dövlətinin yaradılmasında müstəsna rol oynayıb

Siyasət Materials 26 Aprel 2020 12:00 (UTC +04:00)
Tamam Cəfərova: Sosial Tədqiqatlar Mərkəzi ötən dövr ərzində ictimai rəy dövlətinin yaradılmasında müstəsna rol oynayıb

Bakı. Orxan Cuvarlı - Trend:

Ötən il fevral ayının 8-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkədə dərinləşməkdə olan sosial, iqtisadi, kadr islahatı və digər sahələrdə həyata keçirilən islahatların gedişini izləyib, müvafiq metodologiyalar əsasında təhlillər aparıb. Ötən dövr ərzində STM ictimai rəy dövlətinin yaradılmasında müstəsna rol oynayıb.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tamam Cəfərova Prezident İlham Əliyevin "Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Fərmanına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, ötən müddət ərzində mərkəzin açıqladığı hesabatlar vəzifəli şəxslərin, dövlət qurumlarının fəaliyyətlərinin qiymətləndirilməsi, il ərzində davam edən iqtisadi, sosial və kadr islahatlarının ictimai rəydəki yerinin öyrənilməsi, xarici siyasətdə əldə edilən uğurlar, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi üzərində uğurlu mübarizə, koronavirus dövründə ölkə başçısı tərəfindən müəyyənləşdirilən dövlət siyasətinin qiymətləndirilməsi kimi məsələləri əhatə edib:

"Eyni zamanda, STM xətti ilə dövlət başçısının müxtəlif dövrlərdə daxili və xarici siyasətini əks etdirən "Prezidentin fəaliyyəti ictimai rəydə" hesabatları dərc edilib, "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli" ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat çap edilərək müvafiq qurumlara və ictimaiyyətə təqdim olunub. Bələdiyyələrlə, media landşaftı və s. mövzularda onlarla qapalı arayış hazırlanıb".

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin sözügedən fərmanı imzalaması ölkədə sosial tədqiqat işinə verilən yüksək qiymətdir:

"Ötən ilin fevral ayında yaradılan Sosial Tədqiqatlar Mərkəzi bir il ərzində böyük fəaliyyət yolu keçib. Millət vəkili Zahid Orucun rəhbər təyin edilməsi prosesə böyük töhfə verib. Bu müddətdə STM-in peşəkar kollektivi formalaşıb. Ölkə rəhbərliyinə, dövlət və hökumət qurumlarına, açıq və qapalı arayışlar təqdim olunub. Cəmiyyətin dinamikasını əks etdirən məsələlər barədə sorğular, hesabatlar dərc edilib. Paralel olaraq da sosial tədqiqatlar sahəsində dünyada tətbiq edilən son standartlar Azərbaycana gətirilib. STM eyni zamanda ictimai münasibətləri, sosial dinamikanı, ictimai rəy dövlətinin qurulmasında öz rolunu oynamaqdadır. Hesab edirəm ki, bu diqqət Mərkəz üzərində daha böyük məsuliyyət yaradır və uğurlarının davamlı olmağını təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti