...

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Siyasət Materials 2 İyun 2020 12:28 (UTC +04:00)
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub.

Trend-in məlumatına görə, spiker Sahibə Qafarova bildirib ki, növbəti iclas iyunun 5-də keçiriləcək.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib.

İclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti