Prezident İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür

Prezident İlham Əliyev: Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür

Bakı. Trend:

Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib:

"Bildiyiniz kimi, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.

Ona görə bu beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi, əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər".

Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər
Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb
Azərbaycanda Aİ-95 markalı benzin bahalaşıb
Loading Bars
Xəbər lenti
Unibank əməkdaşları arasında onlayn intellektual yarışma keçirilib
Bakı polisi maskasız gəzənlərə qarşı reydlərə başladı
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib
Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb
“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb
QHT sədri: Azərbaycan polisi dövlətin milli maraqlarının müdafiəsində həmişə nümunəvi davranışı ilə seçilib
Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər (FOTO)
Azərbaycan qazı: Əməkdaşlıq, tərəfdaşlıq və dayanıqlı inkişaf
CBC TV-nin əməkdaşları COVİD-19 testi verdi, 8 nəfərdə virus aşkarlandı
Vikiçilərdən növbəti layihə: Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verildi (FOTO)
İlkin Rüstəmzadə NİDA-dan istefa verdi
Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib
BMTM və “Valday” Beynəlxalq Diskussiya Klubunu birgə beynəlxalq videokonfrans təşkil edib (FOTO)
AQTA 88 obyektdə qayda pozuntusu aşkarladı (FOTO)
“İdeyanı Reallaşdır” müsabiqəsinin ilk qalibləri elan edilib
Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələrinin döyüş atışlı təlimi keçirilib (FOTO)
Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
Azərbaycanda indiyədək 2,3 milyon tondan çox taxıl yığılıb (FOTO)
Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir (FOTO)
İctimai TV 20-dən çox ölkədə məşhur olan “Maska”nı Azərbaycana gətirir
Afət Həsənova: Əhali artımı, yeni yaşayış binalarının tikintisi su təchizatına təsirsiz ötüşmür
Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib
COVİD-19 xəstələrinə "SMS icazə" verilmir, bu şəxslərin evdən çıxması qanun pozuntusudur - Səhiyyə Nazirliyi
Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər
Soltan Məmmədov: Azərbaycan parlamenti öz üzərinə düşən vəzifələri uğurla icra edə bilib
AzTU magistrantların qeydiyyatı ilə bağlı onlayn qəbula başladı
İranda sutka ərzində koronavirusa 2 652 nәfәr yoluxub, 148 nəfər ölüb
Gömrük rəsmiləşdirməsi üçün gətirdiyi avtomobildə mobil telefonlar keçirtmək istədi (FOTO)
Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub
TƏBİB AzTV-nin koronavirusdan ölən əməkdaşı ilə bağlı açıqlama verdi
Yakutiyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
CAR-da neft emalı zavodunda partlayış olub, ölənlər var
Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ
Bahar Muradova: Bələdiyyələrdə gender komissiyalarının yaradılması mühüm məsələdir
Ölkədə saxta tibbi maskalar yayılıb
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Nursultan Nazarbayev koronavirusdan sağalıb
Bayram Nurlu karantin qaydalarını pozduğuna görə cərimələnib (VİDEO)
Baş infeksionist: Arbidol COVİD-19 virusuna çox zəif təsir göstərir
Sabah Bakıda və rayonlarda yağış gözlənilir
Baş Prokurorluqda kadr korpusu komplektləşdirilir - Yeni təyinatlar var
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib (FOTO)
“Azərsu” borcla bağlı müraciətləri sosial şəbəkələr üzərindən qəbul etməyə başlayıb (FOTO)
Rusiyada referendumun rəsmi nəticələri açıqlanıb
Bakı şəhər prokurorluğuna yeni təyinatlar oldu
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Sazişə Əlavə Protokol təsdiqlənib
Maska taxmamağa görə cərimələrin artırılması ilə bağlı qanun qüvvəyə mindi
Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişi təsdiq edib
Tofiq Ağahüseynov: Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır
Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib
Azərbaycan polisi qürurumuzdur
Müdaxilə ehtimalı olan qaz sayğaclarının yoxlanılması prosesi necə aparılır?(VİDEO)
Agentlik: Çörəyin düzgün olmayan qaydada bişirilmə və saxlanılması kartof xəstəliyi yaradır
Bəhram Bağırzadənin vəziyyətində müsbət dinamika qeyd edilir - Həkim
Hikmət Babaoğlu: Yaz və növbədənkənar sessiyalar ərzində qəbul olunmuş qanunlar ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcək
SMS icazə ilə evdən çıxan şəxsin avtomobili üçün icazəyə ehtiyac yoxdur
İqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib
Azərbaycan nefti bahalaşır
Cəlilabadın 3 kəndində elektrik enerjisi sistemi yenilənir (FOTO)
Yeni peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb
Rusiyada koronavirusa yoluxanların sayı 660 min nəfəri keçib
İtaliya jurnalı Ermənistandakı acınacaqlı daxili siyasi vəziyyətdən yazır
Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ
Azərbaycan gimnastları polisləri peşə bayramı münasibətilə təbrik edib (VİDEO)
PAŞA Sığorta şirkəti SOS uşaq kəndində məskunlaşan uşaqlardan öz qayğı, sevgi və diqqətini əskik etmir
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Köhnəlmiş dərsliklərin taleyi necə olur? - RƏSMİ
Radikal müxalifət bisavadlığı ilə heyrətləndirməyə davam edir- "Politşou" təqdim edir (Videolayihə)
Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu
Əli Əhmədov: “Milli şura”nın məqsəd və fəaliyyət formalarına ən ötəri nəzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında antimilli şura olduğuna əminlik yaransın
Bu gün pandemiyadan sonra Azərbaycanın inkişaf ssenariləri mövzusunda məruzənin təqdimatı keçiriləcək
Qazaxıstanda iki həftəlik karantin rejimi tətbiq olunacaq
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi
Yeni magistral yolun Astaradan İran sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb
Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil güclü dövlət qayğısının olmasıdır
“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək
Pandemiya dövründə Bakıda ticarət dövriyyəsinin həcmi açıqlanıb
Myanmada torpaq sürüşməsi olub - Onlarla ölən var
Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb
Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür (VİDEO)
DİM növbəti ödənişsiz sınaq imtahanı keçirib
2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu (FOTO)
Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi
Xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır - Nazir
Ermənistan atəşkəsi sutka ərzində 53 dəfə pozdu
İyulun 2-də xarici valyutaların manata qarşı məzənnələri
2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib
Polşa liman infrastrukturlarının inkişafı təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)
Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək
Meksikada reabilitasiya mərkəzinə hücum edilib, ölənlər var
Şamaxıda zəlzələ qeydə alınıb
Venesuelada parlament seçkiləri dekabrın 6-da keçiriləcək
Kaliforniyada atışma zamanı dörd nəfər yaralanıb
Dünyada 10,8 milyondan çox insan koronavirusa yoluxub
Moskvada koronavirusdan daha 39 nəfər ölüb
Bakıda mənzildən meyit tapılıb
Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər
Şabranda qaz qumbarası aşkar olunub (FOTO)
Bütün xəbərlər