...

Əli Hüseynli: Ötən həftə sonu ölkədə baş verən hadisə sosial şəbəkələrdə şişirdildi

Siyasət Materials 9 İyun 2020 15:52 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən həftənin son iki günündə karantin rejimi ilə əlaqədar Azərbaycanda baş verən hadisələr sosial şəbəkələrdə şişirdildi.

Trend-in məlyumatyına görə, bunu Milli Məclisin I vitse spikeri Əli Hüseynli “Yeni Tv”-yə müsahibəsində deyib.

Ə.Hüseynov bildirib ki, bu iki gün ərzində vətəndaşlar qoyulan sərt qaydalara riayət etdilər, başa düşürlər ki, bu qaydalar onların sağlamlığını qorumaq məqsədi daşıyır.

Polisə qarşı müqavimət göstərən vətəndaşların həbs edilməsi məsələsinə gəlincə isə Ə.Hüseynli vurğulayıb ki, bu, qanunauyğun olaraq həyata keçirilən bir əməliyyat tədbiridir və bəzən belə əməliyyatlar zamanı emosiyalara yol verilir: “Bu, bir epizodik haldır və hər zaman baş verə bilər. Polisin həyata keçirdiyi əməliyyat tədbiri qanun müstəvisində aparılıb”.

Ə.Hüseynli əlavə edib ki, əməliyyat zamanı bir polis əməkdaşının qadınla davranışda etik qayda pozulub və buna da Daxili İşlər Nazirliyi tərəfindən müvafiq qiymət verilib: “Burada hər iki tərəfdən günahkarlar müəyyən edilib və hər iki halla bağlı tədbirlər görülüb. Bu, bir daha onu göstərir ki, Azərbaycan hüquqi bir dövlətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti