...

Deputat: İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti dövlətimizin əhaliyə verdiyi sosial dəstəyin bariz nümunəsidir

Siyasət Materials 11 İyun 2020 21:34 (UTC +04:00)
Deputat: İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti dövlətimizin əhaliyə verdiyi sosial dəstəyin bariz nümunəsidir

Bakı. Trend:

Bu gün ölkəmizdə sosial layihələr, əhalinin yaşam şəraitinin inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu layihələri uğurla icra edən qurumlardan biri də Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondudur.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.

Deputat bildirib ki, Fondun yaradılmasının əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması, imkanlarının və yaşayış sahələrinin əlçatanlığının artırılması, maliyyə bazarının inkişaf etdirilməsi, sahibkarların, xüsusilə kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, cəlb edilən maliyyə resurslarının dəyərinin azaldılması, bankların maliyyə risklərinin bölüşdürülməsi və onlara likvidlik dəstəyinin göstərilməsidir:

“Fondun yaradılması vətəndaşlara əlverişli kredit şərtlərindən istifadə etməklə mənzil sahibi olmaq imkanı verdi. Qafqaz regionunda ilk ipoteka bazarı operatoru olan İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ilin martından Azərbaycanda uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlalayıb. Fondun tətbiq etdiyi güzəştli kredit şərtləri MDB və digər ölkələrlə müqayisədə əhali üçün daha əlverişlidir. Bu şərtlər imkan verir ki, aztəminatlı vətəndaşlarımız güzəştli şərtlərlə mənzil sahibi olsunlar”.

Deputat qeyd edib ki, Fondun vəsaiti hesabına bu günə qədər 29 minə yaxın ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub, ümumilikdə isə verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır: “Əlbəttə ki, bu, kiçik rəqəm deyil. Fond fəaliyyətini təkmilləşdirərək əhaliyə daha keyfiyyətli və daha əlverişli xidmətlər göstərməyə nail olub. Fond qısa müddət ərzində tamamilə yeni bir məhsul, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi mexanizmi hazırlayıb, əhalinin istifadəsinə verib”

Tamam Cəfərova bildirib ki, verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır: “Qısa müddətdə vətəndaşlara daha operativ, səmərəli və şəffaf xidmət göstərilməsi təmin olunub, müraciətlərin emalının asanlaşdırılması və surətləndirilməsi məqsədilə sənədlərin qəbulu ASAN xidmət mərkəzlərində (ilkin mərhələdə 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN xidmət" mərkəzləri) təşkil olunub. Əhalinin satmaq öhdəliyi ilə kirayə məhsuluna marağı çox yüksəkdir. Karantin dövrünə təsadüf etməsinə baxmayaraq qısa müddət ərzində (10 mart 2020-ci il tarixindən) yaşayış sahəsinin əldə edilməsi məqsədilə 9 minə yaxın insan şəxsi kabinet açıb, 6 mindən çox vətəndaş müraciət edib, 900-dən çox şəxsin sənədi qəbul edilib və artıq 88 kirayəçiyə mənzil təhvil verilib. Hazırda sənəd qəbulu bərpa edilib və evləri təhvil alan kirayəçi sayında dinamik artım müşahidə olunur. Təklif edərdim ki, güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri çoxuşaqlı ailələrə, gənc həkim və müəllimlərə də şamil olunması nəzərə alınsın. Bu, həmin kateqoriyadan olan gənc ailələrin sosial yaşayışı üçün əhəmiyyətli bir hadisə olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti