Bakı. Trend:
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə tatarıstanlıların və şəxsən mənim ən səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan dövlətinin bütün vətəndaşlarına əsl bayram əhval-ruhiyyəsi, nikbinlik, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirik.
Qoy Azərbaycan xalqının birliyi, ruh yüksəkliyi, əməksevərliyi Sizin gözəl ölkənizin sabitliyinin və gələcəyə inamının, bu gün planetimizdə yaranmış mürəkkəb vəziyyətin uğurla nizamlanmasının rəhni olsun.
Əminəm ki, bu gün qlobal çağırışlar qarşısında dünyanın bütün xalqlarının səylərini birləşdirmək xüsusilə vacibdir və ümidvaram ki, biz bundan sonra da Rusiya-Azərbaycan strateji münasibətlərinin dərinləşməsi, bütövlükdə beynəlxalq sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə Tatarıstan ilə Azərbaycan arasında konstruktiv əməkdaşlığın inkişafı üçün birlikdə fəal səy göstərəcəyik".