...

İranlı deputat: Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır

Siyasət Materials 14 İyul 2020 23:00 (UTC +04:00)
İranlı deputat: Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır

Bakı. Elnur Bağışov – Trend:

Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır.

Trend-in məlumatına görə, bunu İran parlamentinin urmiyalı deputatı Ruhulla Həzrətpur "Twitter" səhifəsində yazıb.

R.Həzrətpurun sözlərinə görə, Ermənistan öz axmaqlığını davam etdirmək əvəzinə, region xalqları və ölkələrinin öz din və dil qardaşlarının yanında olduğunu bilməlidir.

Həzrətpur əlavə edib ki, İslam torpağı işğalçılara təslim edilməyəcək.

Həmçinin, İran parlamentinin rəyasət heyətinin üzvü Ruhulla Motəfəkkir Azad da bildirib ki, hazırkı şəraitdə qarşıdurma tərəfləri təmkinli olmalıdırlar.

R.Motəfəkkir Azadın sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və gec-tez geri qaytarılmalıdır.

Motəfəkkir Azad Azərbaycan xalqı, şəhid ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti