...

Politoloq: Orduya dəstək aksiyalarında karantin qaydalarına əməl edilməməsi koronavirusa yoluxma üçün əlverişli şərait yaradırdı

Siyasət Materials 15 İyul 2020 18:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir zamanda aksiyaların keçirilməsi və minlərlə insanın bir araya toplaşması virusun daha geniş yayılması, eyni zamanda insanların həyatını təhlükə qarşısına qoyması üçün münbit zəmin yaratdı.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, iyulun 14-də keçirilən aksiyada məsafənin gözlənilməməsi, qoruyucu tibbi maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hala çevrildi:

“Bundan əlavə, vətəndaşların həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara kütləvi şəkildə yığışması, onların ailələrini ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Əməl edilməyən qaydalar bir müddətdən sonra bizə ziyan verəcək. Bu kütləviliyin acı nəticələrini görmək və yaşamaq qaçılmaz olacaq. Heç şübhəsiz ki, bu, özünü yoluxma dinamikasında artımda da biruzə verəcək.

Eyni zamanda, burada mühüm, olduqca həyati əhəmiyyətli məsələ ondan ibarətdir ki, insanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmas halında olmaları ordumuz üçün də ciddi təhlükələrə səbəb olur. Məhz bu sadalanan mənfi hallara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir.

Düşünürəm ki, vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə, qaydalara riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti