...

MÜSİAD-Azərbaycan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatı qətiyyətlə pisləyib

Siyasət Materials 15 İyul 2020 17:59 (UTC +04:00)
MÜSİAD-Azərbaycan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatı qətiyyətlə pisləyib

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrahman Uzun mətbuata yazılı açıqlama verərək, iyulun 12-də Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatı qətiyyətlə pislədiyini bildirib.

Trend-in məlumatına görə, A.Uzun açıqlamasında bunları deyib:

“İşğalçı erməni silahlı birləşmələrinin Tovuz bölgəmizə hücumunu qətiyyətlə pisləyirik. Baş verən hadisələrə görə dərindən kədərlənirik və Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Xalqımızı və vətənimizi qorumağa hər zaman hazır olan qəhrəman ordumuz erməni əsgərinə layiqli cavab verib. Ermənistan tərəfi Azərbaycana qarşı aqressiyadan əl çəkməli və beynəlxalq hüquq normalarına əməl etməlidir.

Ermənistan Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla həddini aşmaqdadır və onların işğalçı siyasəti regionda sülh və əmin-amanlığa mane olan ən başlıca amillərdən biridir.
Ümid edirik ki, dünya ictimaiyyəti Ermənistanın dözülməz həddə çatdırdığı vəhşiliyini, aqressiyasını görəcək və işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində addımlar atacaq.

MÜSİAD olaraq hər zaman olduğu kimi, bu gün də ordumuz və xalqımız qarşısında üzərimizə düşən öhdəliyi yerinə yetirməyə hazırıq. Vətən hər şeydən irəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti