...

Rauf Əliyev "Cəbhə xəbərləri" onlayn layihəsinin növbəti iclasında iştirak edib

Siyasət Materials 17 İyul 2020 11:46 (UTC +04:00)
Rauf Əliyev "Cəbhə xəbərləri" onlayn layihəsinin növbəti iclasında iştirak edib

Bakı. Trend:

İyulun 16-da axşam saatlarında "AzIz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən başladılan "Cəbhə xəbərləri" onlayn layihəsinin növbəti iclası keçirildi.

Trend-in məlumatına görə, bu blits konfransları Azərbaycan və Ermənistan arasındakı cəbhə bölgəsindəki vəziyyətə qısa nəzər salır.

Ermənistanın Azərbaycana təcavüzünün ikinci günündə başlayan onlayn konfranslar cəbhə xəttində baş verən hadisələr barədə israilliləri məlumatlandırmaq, həmçinin Cənubi Qafqazdakı geosiyasi vəziyyət barədə həqiqətə uyğun məlumatların yayılması üçün hazırlanmışdır.

Bu iclasın qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı - Rauf Əliyev idi. Çıxışında o, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və bu gün hərbi əməliyyatların getdiyi yerlərdən danışdı. Rauf Əliyev qeyd etdi ki, Ermənistan silahlı qüvvələri 12 iyul tarixindən başlayaraq Dağlıq Qarabağdan 100 km dən artıq məsafədə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ağdam və Dondar Quşçu kəndlərinin ərazilərində yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutaraq hücuma keçmişdir. Təxribat nəticəsində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu qəhrəmanlıqla həlak olmuşdur. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl ataraq mülki əhaliyə qarşı cinayyət törətmişdir. Nəticədə 76 yaşında vətəndaşımız həlak olmuşdur.

Qəhrəman Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab vermiş, düşmən ağır itgilər verərək geri oturdulmuşdur. Əldə olunan məlumatlara görə Ermənistan tərəfinin 100-dən artıq canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası, atəş nöqtələri və komanda idarəetmə məntəqələri məhv edilmişdir.

Çıxışının sonunda Rauf Əliyev dünya ictimayyətini Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü və 12 iyuldan başlayaraq törətdiyi təxribatlara münasibət bildirməyə çağırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti