...

Milli Məclisin deputatları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər (FOTO)

Siyasət Materials 18 İyul 2020 16:08 (UTC +04:00)
Milli Məclisin deputatları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlar komitəsinin sədri Tahir Mirkişili, Sumqayıt ərazi dairəsi üzrə deputatlar Emin Hacıyev və Müşfiq Məmmədli Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin 2-ci Fəxri xiyabanda məzarlarını ziyarət ediblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti