Bakı. Elçin Mehdiyev – Trend:
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanla işgüzar səhər yeməyi zamanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.
Bu barədə Trend TASS-a istinadən məlumat verir.
Görüş zamanı Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərin gücləndirilməsinin perspektivləri müzakirə edilib.