Azərbaycanın İtaliyadakı səfiri erməni icmasının yalanlarını ifşa edib

Azərbaycanın İtaliyadakı səfiri erməni icmasının yalanlarını ifşa edib

Bakı. Trend:

12 iyul tarixində Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlara başlamasından dərhal sonra Azərbaycanın İtaliyadakı Səfirliyinin verdiyi müvafiq açıqlamalar İtaliyanın çoxsaylı mətbuat orqanlarında dərc olunub.

Səfirlikdən Trend-ə bildirilib ki, məsələdən xəbər tutan İtaliya Erməni Birliyi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran İtaliya kütləvi informasiya vasitələrinə məktublar göndərərək onları “məlumatları manipulyasiya və təhrif etməkdə” günahlandırıb, həmin mətbuat orqanlarından erməni tərəfinin mövqeyinin də işıqlandırılmasını tələb ediblər. Nəticədə İtaliyanın Politicamente Corretto, L’Opinione, Agenzia Nova, La Nuova Padania, L’Antidiplomatico, Un Mondo d’Italiani kimi kütləvi informasiya vasitələrində İtaliya Erməni Birliyinin mətbuat açıqlaması dərc olunub. Buna cavab olaraq, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin İtaliya mətbuat orqanlarının redaksiyalarına göndərdiyi və erməni tərəfinin yalanlarını ifşa edən geniş məktubları da dərc olunub.

Diplomat mətbuat orqanlarına hücumlar edən və onları “məlumatları manipulyasiya və təhrif etmək” iddiası ilə ittiham edən İtaliya Erməni Birliyinin mətbuat açıqlamasını erməni tərəfinin kütləvi informasiya vasitələrinə təzyiq etməsinin və İtaliya ictimaiyyətində yanlış rəy formalaşdırmaq cəhdinin sübutu olduğunu bildirib. “Erməni tərəfi anlamır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yaşamırıq. Həmin dövrdə yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan beynəlxalq əlaqələrinin qurulması üçün ilkin addımlarını atır, erməni tərəfi isə uzun illərdən bəri dünyanın müxtəlif ölkələrində yaşayan diasporası vasitəsilə Azərbaycanı informasiya blokadasında saxlayaraq dünya ictimaiyyətini öz yalanlarına inandırmaq üçün Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını və təcavüzünü saxta və təhrif olunmuş formada təqdim edirdi ki, bu hal da uzun müddət davam etmişdir. Bu gün Azərbaycan geniş beynəlxalq əlaqələrə malik güclü bir ölkədir və beynəlxalq aləmdə çox eşidilən səsə malikdir. Dünya birliyi də həqiqətin nə olduğunu çoxdan başa düşüb”, deyə diplomat vurğulayıb.

Erməni tərəfinin “ermənilər Azərbaycan ərazilərində maraqlı deyillər və münaqişənin zorakılıq yolu ilə həllini inkar edən sülhsevər xalqdır” fikirlərinə münasibətdə isə Azərbaycan diplomatı bildirib: “Oxucuların diqqətinə çatdırmaq istərdim ki, Ermənistanın demək olar ki bütün qonşularına qarşı ərazi iddiaları var, hətta bu iddiaları Ermənistan özünün ali qanununa, Konstitusiyasına belə daxil edib. Üstəlik, Dağlıq Qarabağ münaqişəsindən də aydın göründüyü kimi Ermənistan bu məqsədinə çatmaq üçün Azərbaycana qarşı hərbi gücdən istifadə edib. Ermənistanın ərazi iddialarının kökündə öz qonşularının əraziləri hesabına “Böyük Ermənistan” mifini həyata keçirmək məqsədi dayanır”, deyə səfir fikirlərinə davam edir.

Diplomat hazırkı Ermənistan dövlətinin Azərbaycanın tarixi ərazilərində yaradıldığını, 1828-ci ildə Rusiya-İran müharibəsinin yekunu olaraq imzalanmış Türkmənçay müqaviləsi ilə ermənilərin Cənubi Qafqaza, xüsusilə də Azərbaycanın İrəvan (Ermənistanın hazırkı paytaxtı Yerevan) və Qarabağ xanlıqlarının ərazilərinə kütləvi şəkildə köçürüldüyünü, Sovet İttifaqı dövründə Azərbaycan torpaqları hesabına Ermənistanın ərazilərinin genişləndirildiyini və Ermənistandakı azərbaycanlıların öz tarixi torpaqlarından sistematik olaraq deportasiyası prosesinin davam etdirildiyini, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı yeni ərazi iddialarının irəli sürüldüyünü və həmin vaxtda Ermənistanda yaşayan son azərbaycanlıların da (250 mindən çox) öz doğma torpaqlarından didərgin salındığını deyib.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olan Qarabağın dağlıq hissəsi olduğunu bildirən səfir bu adın Azərbaycan dilində mənasını izah edib, qədim dövrlərdən 1800-ci ilin əvvəllərində Çar imperiyası tərəfindən işğala qədər sonuncusu Qarabağ xanlığı olmaqla bu bölgənin müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olduğunu, münaqişənin köklərinin bir tərəfdən ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə, digər tərəfdən isə sovetlər dönəmində Azərbaycanın Qarabağ bölgəsinın dağlıq hissəsində muxtar əyalətin yaradılmasına gedib çıxdığını deyib.

Diplomat Sovet İttifaqının süqutundan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu da daxil olmaqla ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 fazini işğal etdiyini, bu ərazilərdə yaşayan azərbaycanlılara (750 mindən çox) qarşı etnik təmizləmə həyata keçirdiyini, müharibə cinayətləri və Xocalıda mülki Azərbaycan əhalisinə qarşı soyqırımı törətdiyini, hazırda bir milyondan çox Azərbaycan vətəndaşının qaçqın və məcburi köçün vəziyyətinə düşdüyünü və işğal olunmuş ərazilərdə bir nəfər də azərbaycanlının qalmadığını bildirib. Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı qanunsuz qondarma rejimi yaratdığını, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla çoxsaylı beynəlxalq sənədlərin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını, həmin sənədlərin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təsdiq etdiyini və Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmağı, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb etdiyini, bütün bu sənədlərə isə Ermənistanın məhəl qoymadığını bildirib.

Azərbaycanın həmişə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyən diplomat məhz buna görə öz ərazilərinin işğalına baxmayaraq neçə illərdir ki, sülh danışıqlarında iştirak etdiyini, Ermənistanın niyyətinin isə destruktiv mövqe tutaraq danışıqları uzatmaq, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti təşviq etmək, status-kvonu saxlamaq, 2016-cı ilin aprel ayında olduğu kimi, bu dəfə isə 12 iyul tarixindən Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədində baş verildiyi kimi davamlı olaraq atəşkəs rejimini pozmaq olduğunu qeyd edib.

Məktubunda səfir Ermənistanın həyata keçirdiyi son hərbi avantüra ilə bağlı həqiqətləri və bu təxribatların arxasında Ermənistanın məkrli niyyət və məqsədləri barədə ətraflı məlumat verib, o cümlədən bu dəfə Ermənistanın hədəf aldığı Tovuz rayonunun Azərbaycanın və Xəzər dənizinin enerji resurslarının qərbə və dünya bazarlarına daşınmasını həyata keçirən bütöv infrastruktur, eləcə də Şərq və Qərbi birləşdirən önəmli dəmir yolu və avtomobil bağlantılarının keçdiyi strateji bölgə olduğunu, Avropa, xüsusilə də İtaliya üçün əhəmiyyətə malik olduğunu deyib. Bu səbəblərdən də Ermənistanın məqsədinin həm də bu bölgədəki sabitliyi pozmaqla Avropa üçün yeni bazarlara və alternativ enerji mənbələrinə çıxış yaradan bu fundamental layihələrin fəaliyyətinin qarşısını almaq olduğunu və Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını Avropaya, o cümlədən İtaliyaya qaz tədarükünə başlamazdan üç ay əvvəl həyata keçirməsinin də təsadüf olmadığını deyib.

Diplomat qeyd edib ki, Ermənistan rəhbərliyinin bu hərbi avantürası beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazilərini işğal edən təcavüzkar Ermənistanla 30 ilə yaxın müddətdə Ermənistanın təcavüzünə məruz qalan Azərbaycan arasında fərqin qoyulmamasının nəticəsidir və beynəlxalq ictimaiyyət təcavüzkara təcavüz siyasətindən əl çəkməsi üçün güclü təzyiq göstərməyincə, Ermənistan cinayət əməllərini davam etdirəcəkdir, çünki cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.

Diplomat məktubunu bu fikirlərlə tamamlayıb: “Əgər həqiqətən də Ermənistanın gələcək rifahını istəyirsə erməni diasporasına Azərbaycanla və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yalanları yaymağa vaxt itirməməyi, Ermənistanın rəhbərliyinə hazırkı siyasətin Ermənistanı və erməni xalqını fəlakətə apardığını izah etməyi və ondan siyasi iradə nümayiş etdirməklə münaqişənin həlli istiqamətində konkret addımlar atmağı tələb etməyi tövsiyə edirəm. Çünki heç nə yox, yalnız münaqişənin həlli Ermənistanın üzləşdiyi ağır iqtisadi-sosial problemlərin aradan qaldırılmasına və bu ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasına kömək edə bilər”.

Azərbaycan səfirinin dərc olunmuş məktubları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.politicamentecorretto.com/2020/07/20/lettera-dellambasciatore-della-repubblica-dellazerbaigian-in-italia/

http://opinione.it/esteri/2020/07/20/redazione_lettera-ambasciata-azerbaigian-replica-comunicato-unione-armeni-italia/

https://www.lantidiplomatico.it/dettnews-Azerbaigian_Lettera_Dellambasciatore_Ahmazada_In_Risposta_Allunione_Armeni_Ditalia/82_36339/

https://www.agenzianova.com/a/5f15c35d898326.20066506/3031755/2020-07-20/azerbaigian-lettera-dell-ambasciatore-ahmazada-in-risposta-a-unione-armeni-d-italia

https://www.unmondoditaliani.com/attacco-armenia-azerbaigian-risponde-ambasciatore-azero-stampa-manipolata-notizie-false-e-distorte/

https://www.lanuovapadania.it/politica/ambasciatore-repubblica-azerbaigian-in-italia-replica-su-lanuovapadania-a-unione-armeni-in-italia-non-perdere-tempo-a-diffondere-bugie/

Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
İranda daha 90 nəfər koronavirusdan ölüb
İranda daha 90 nəfər koronavirusdan ölüb
Almaniyanın yeni kansleri seçilib
Almaniyanın yeni kansleri seçilib
Loading Bars
Xəbər lenti
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
40 şəhid ailəsi üzvü, 15 qazi "ASAN xidmət"də işlə təmin olunub
"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib
Gələn il Azərbaycan Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və enerji resurslarından qanunsuz istifadə ilə bağlı şikayət verəcək - XİN
Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı 73 faiz icra edilib - Vüsal Qasımlı
Minaların təmizlənməsi üçün idxal edilən mallar 5 il müddətinə vergidən azad olunur
Azyaşlını zorlamaqda ittiham olunan şəxsə 14 il cəza verildi
Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir
Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməsi üçün tədbirlər görüləcəyinə inanırıq - Ombudsman
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib - Elnur Məmmədov
Peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı 30 faiz artıb - Nazir
Azərbaycan nefti üç dollardan çox bahalaşıb
Fərid Mansurova yeni vəzifə verilib
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib
Sahibkarlar ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında memorandum imzalanıb
Elnur Məmmədov Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh edib
KOBİA kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılmasını planlaşdırır - Orxan Məmmədov
Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə çıxış imkanları var - Orxan Məmmədov
İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir
Gənclərin inkişafı ilə bağlı bir neçə layihə üzərində çalışırıq - Fərid Qayıbov
Azərbaycan təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkib - Elnur Məmmədov
Təhsil naziri dərs yükündən danışıb
2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq – Nazir müavini
Xarici işlər nazirinin müavini Elnur Məmmədov brifinq keçirib (FOTO/VİDEO)
Azad edilmiş ərazilər məşğulluq üçün geniş potensial yaradır - Nazir
Nigeriyada yük avtomobili məktəblilərin üzərinə hərəkət edib - 17 ölü
Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank (FOTO)
Əmək bazarına ilk dəfə daxil olanlar ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar - Sahil Babayev
Bütün xəbərlər