...

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Siyasət Materials 29 İyul 2020 20:04 (UTC +04:00)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Bakı. Trend:

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti